Ukraynada azərbaycanlı əsgər həlak oldu

Ukraynada azərbaycanlı əsgər həlak oldu

Ukraynada daha 1 azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.

Miq.Az Report-a istinadən xəbər verir ki, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Elnur Asəf oğlu Eyyubov snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Raqif Vaqif oğlu Əliyev isə ağır yaralanıb.

Onların hər ikisi Ukrayna vətəndaşlarıdır.

Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib. Yaralı həmvətənlimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az