Ukraynada möhtəşəm həmrəylik günü keçirilib

Ukraynada möhtəşəm həmrəylik günü keçirilib

Veteninfo.az xəbər verir ki,Ukrayna Azərbaycanlı Gənclər Birliyi Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində Poltava vilayətində növbəti regional təşkilatlarını yaratmaqla yeni bir uğurlarına imza atıblar.

Bu münasibətlə Poltava Dövlət Ticarət İqtisad Universitetinin geniş iclas salonunda   bir araya gələn gənclər və tələbələr Azərbaycan və Ukraynanın dövlət  himnlərini oxumaqla birlik və həmrəyliklərini təmin ediblər. Toplantıda Poltava Dövlət Ticarət və İqtisad Universitetinin prorektoru Oksana Marçenko  çıxış edərək, Poltava vilayətinin müxtəlif ali təhsil ocaqlarında 300-dən çox  azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb.Və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Poltava vilayət təşkilatının yaradılmasının müstəsna əhəmiyyətindən danışıb .Mən əminəmki, Poltavada  yaşayan və təhsil alan azərbaycanlı gənclər bundan sonra Azərbaycanın qədim  adət-ənənələrinin və zəngin mədəniyyətinin əsas təbliğatçılarına çevriləcəklər deyən Oksana Marchenko  yeni yaranan təşkilata gələcək fəaliyyətlərində uğurlar arzulayıb .Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə 2-ci katibi Asim  Osmanov  çıxış edərək azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində,o cümlədən Azərbaycan həqiqətlərinin  Ukrayna  ictimaiyyətinə çatdırılmasında  gənclərin üzərinə düşən öhdəliklərdən danışıb. Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə yeni yaradılan UAGB-in Poltava vilayət təşkilatının nümayəndələrinə  Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin təbriklərini çatdırıb .Toplantıda  təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən bəhs edən UAGB-in sədri Anar Tahirov  ukraynada  rəhbərlik etdiyi birliyin sayca 20-ci regional təşkilatının Poltava şəhərində yaradılmasının belə bir əlamətdar bayram ərəfəsinə düşməsinin rəmzi məna daşıdığını vurğulayıb Biz gənclər harada yaşamağımızdan asılı olmayaraq  Ulu Öndərimizin dünya azərbaycanlılarına  ərmağan qoyub getdiyi  milli dövlətçilik  ideologiyasına xidmət etməliyik deyən Anar Tahirov ,son illər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək dünyanın aparıcı  dövlətləri arasında öz layiqli yerini tutmasının fərəhləndirici hal olduğunu diqqətə çatdırıb.Tədbirdə  çıxış edən ASAİF –in sədri Ramin Həkimov dünyanın müxtəlif ölkələrində  yaşayan və təhsil alan gənclərə dövlət qayğısından  söz açıb .Poltavada yeni yaranan  gənclər birliyinə  gələcək işlərində uğurlar arzulayıb .Tədbirə qatılanlara minnətdarlığını bildirən UAGB-in Poltava vilayət təşkilatının sədri Elvin Osmanov  yeni yaradılan qurumun  gələcəkdə həyata keçirəcəyi tədbirlər planı haqqında ətraflı məlumat verib . Təbdirdə  Poltavada yaşayan və təhsil alan gənclərin ifasında  geniş konsert və maraqlı səhnəciklər nümayiş etdirilib .Sonra tədbir iştirakçıları Bakı Slavyan Universitetinin Poltava Dövlət Ticarət –İqtisad universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan  dili və mədəniyyəti mərkəzi ilə tanış oldular. Mərkəzin rəhbəri  Yaşar Alxasov Poltovada  UAGB-in regional təşkilatının yaradılmasının xüsusi əhəmiyyətindən danışaraq  gələcəkdə gənclərlə birgə tədbirlərin  həyata keçirilməsinin vacıbliyini vurğulayıb  .

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az