“Ukraynada tezliklə atəşkəs olmasını tələb edirik” –Türkiyənin müdafiə naziri

“Ukraynada tezliklə atəşkəs olmasını tələb edirik” –Türkiyənin müdafiə naziri


"Biz (Ukraynada -red.) tezliklə atəşkəsin əldə olunmasını istəyirik. Biz bunu tələb edirik, bunun üçün çalışırıq”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Türkiyə siyasətinin prinsipi bütün ölkələrin sərhədlərinə, hüquqlarına hörmətlə yanaşmaqdır.

"Bu mənada, Türkiyə Cümhuriyyəti Dövləti olaraq prezidentimiz bunu dəfələrlə dilə gətirib. Biz Ukraynanın sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik. Bundan əlavə, 2014-cü ildən bu yana prezidentimiz Ukraynanın Rusiya tərəfindən ədalətsiz ilhaqını tanımadığımızı dəfələrlə dilə gətirib”, – deyə nazir bildirib. (APA)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az