Uşağın cinsini qabaqcadan təyin etməyə icazə verilməyəcək
Azərbaycanda uşağın cinsinin planlaşdırılmasına icazə verilməyəcək.
Modern.az-ın məlumatına görə, bu barədə "Reproduktiv sağlamlıq haqqında” qanunda qeyd edilib.
Qanun layihəsində bildirilib ki, cins ilə bağlı irsi xəstəliyin keçilmə ehtimalının olduğu hallar istisna, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.
Qanun layihəsi Milli Məclisin payız sessiyasının işlər planına daxil edilib.
Miq.az