Vaqif Əsədov yol hərəkəti qaydalarını pozdu - Cərimə ediləcəkmi? (Foto)

Vaqif Əsədov yol hərəkəti qaydalarını pozdu - Cərimə ediləcəkmi? (Foto)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozub.

Onun yol hərəkəti qaydasını pozduğu ilə bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Belə ki, V. Əsədov 99 YP 333 dövlət nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park edib. DYP-ə məxsus avtomobilin yol hərəkəti qaydalarını pozması isə şəbəkə istifadəçilərinin etirazına səbəb olub.

Məlumat üçün bildirək ki, durma qaydalarının pozulması zamanı sürücü avtomobildə yoxdursa, evakuasiya olunmalı, 20 manat cərimə edilməlidir. Sürücü avtomobildədirsə yalnız 20 manat cərimə edilməlidir.

Onu da bildirək ki, polis avtomobillərinə hərəkət zamanı xidməti zərurət yaranarsa, yol hərəkəti qaydalarını pozmağa icazə verilir./Aznews.az/

Məsələ ilə bağlı V. Əsədovdan münasibət öyrənmək istəsək də, telefonlarımıza cavab vermədi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az