Vasif Talıbov Aşura mərasimində

Vasif Talıbov Aşura mərasimində

Naxçıvanda Aşura mərasimləri keçirilib

Muxtar respublikada dini-mənəvi dəyərlərimiz qorunub saxlanılır, ziyarətgahlar bərpa olunur, məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. İslamın müqəddəs günləri qeyd olunur, dini dəyərlərə sadiqlik nümayiş etdirilir. Hər il muxtar respublikada mənəvi birlik rəmzi olan Aşura mərasiminin keçirilməsi də bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.

Məhərrəm ayının 10-cu günü - Aşura İslam tarixinə İmam Hüseyn və tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Bu günün böyük mahiyyəti vardır. Aşura mərasimləri insanlara iman sevgisi, əqidə saflığı, sədaqət, şücaət, qəhrəmanlıq və torpağa bağlılıq kimi ali dəyərləri aşılayır. Hər il muxtar respublikada keçirilən Aşura mərasimlərində insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olur, savab işlər görülür, məscidlərdə qanvermə aksiyaları keçirilir, ehtiyacı olanlara həyat verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə,  oktyabrın 12-də Naxçıvan şəhərindəki Cümə məscidində Aşura mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşura mərasimində iştirak edib.

Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az