Vasif Talıbov deputatın oğluna yüksək vəzifə verdi

Vasif Talıbov deputatın oğluna yüksək vəzifə verdi
Milli Məclisin Deputatı İsa Həbibbəylinin oğluna yüksək vəzifə verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, millət vəkili İsa Həbibbəylinin oğlu Səhhət Həbibəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı sərəncamla Naxçıvan MR Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Deputat İsa Həbibbəylinin digər oğlu Ərəstun Həbibbəyli də yüksək vəzifədə çalışır. O, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavinidir. I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır. //bizimyol 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az