Vasif Talıbovdan yeni təyinatlar: Bir nazir və bir departament direktoru
Naxçıvan Muxtar Respublikasına mədəniyyət naziri təyin edilib.
Miq.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmana əsasən Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin olunub.
Bundan başqa, V.Talıbov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinə direktor təyin edilməsi barədə sərəncam da imzalayıb.
Sərəncama əsasən Əkbər Nadir oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin olunub.
Miq.Az