Vəhabilər Qaradağda qanunsuz məscid tikiblər - Məsuliyyət kimin üzərindədir?

Vəhabilər Qaradağda qanunsuz məscid tikiblər - Məsuliyyət kimin üzərindədir?


Bakının Qaradağ rayonunda qanunsuz məscid inşaası faktı aşkarlanıb.

"Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə Ələt qəsəbəsində baş verib.

Sələfi dini təriqətinə mənsub bir qrup şəxsin adıçəkilən yaşayış məntəqəsində məscid tikintisi apardıqları məlum olub.  

Bundan sonra müvafiq qurumlar araşdırmalara başlayıblar. Məscidin qanunsuz tikildiyi, bunun üçün heç bir razılıq alınmadığı üzə çıxıb.

Məscidin tikintisi dayandırılıb, fakt aktlaşdırılıb və müvafiq qurumlara göndərilib.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanlamışıq.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu il mart ayının 4-dən bu vəzifədə çalışır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az