Vəzifədən azad edilən yüksək rütbəli məmurlar - ADLAR AÇIQLANDI
Fatma Abdullazadə və Vahid Əliyev də siyahıdadır
Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub.
Miq.az xəbər verir ki, Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələlik boş saxlanılıb.
Vəzifəsindən azad edilən digər yüksək vəzifəli məmur isə Vahid Əliyevdir. V. Əliyev indiyə qədər prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsini tuturdu. Hazırda isə bu vəzifə Fuad Ələsgərova həvalə olunub. Yeni təyinatla F. Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.
Kamal Abdullayev də vəzifədən azad edilib.
Qeyd edək ki, Kamal Abdulla Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsini icra edirdi. Məlumata görə, həmin vəzifə ləğv edilib.
Miq.az