Vüsalə Mahirqızı APA-nın aqibəti haqda açıqlama verdi: “Araşdırma aparılır”

Vüsalə Mahirqızı APA-nın aqibəti haqda açıqlama verdi: “Araşdırma aparılır”
"APA Holding”in prezidenti Vüsalə Mahirqızı bu media quruluşuna daxil olan saytların bloklanması məsələsinə aydınlıq gətirib.


Miq.az
-ın məlumatına görə V.Mahirqızı bu haqda açıqlamasında deyib ki, müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb:


"Müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, "APA Holding"ə daxil olan saytların fəaliyyəti avqustun 1-də axşam saatlarında dayandırılıb. Nəticədə Apa.az, Lent.az, Vesti.az, APA.TV saytlarına giriş məhdudlaşıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az