“WhatsApp”dan istifadə edənlər-İşdən qovulacaq

“WhatsApp”dan istifadə edənlər-İşdən qovulacaq

Rusiyadan gözlənilməz addım — "WhatsApp”a qadağa

Rusiya hökuməti dövlət məmurlarının "WhatsApp”, "Viber” və "Telegram” tətbiqetmələri üzərindən yazışmalarına və hər hansı bir fayl göndərməsinə qadağa tətbiq edib.

 Rusiya milli təhlükəsizlik nazirliyinin tələbi ilə hökumət belə bir tədbir alıb və bu qadağaya riayət etməyənlər üçün cəzalar tətbiq ediləcək. Tətbiqetmələrdən istifadə edən məmurlar nizam-intizam komitəsi tərəfindən cəzalandırılacaq yaxud işdən qovulacaq.

Hələlik bu qadağa fərdi istifadəçilər üçün nəzərdə tutulmasa da gələcəkdə Rusiya hökuməti tərəfindən bu addımın atılacağı istisna edilmir./Ölkə.Az/

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az