Xarici nəşrdən təxribatçı iddia: “Türkiyəni bu silahlarla vuracağıq”

Xarici nəşrdən təxribatçı iddia: “Türkiyəni bu silahlarla vuracağıq”

Türkiyə ilə bağlı tez-tez təxribata imza atan Yunanıstanın "Pentapostagma” qəzeti bu dəfə daha da irəli gedib.

Miq.Az xəbər verir ki, nəşr Yunanıstanın Türkiyəni İsrail silahları ilə vuracağını iddia edib.

Afinanın Fransadan "Rafale” qırıcıları almasından və "F-16”ları modernizasiya etməsindən sonra Aralıq dənizinin şərqində və Egeydə balansı öz xeyrinə dəyişdiyini iddia edən qəzet bildirib ki, bununla yanaşı, İsraillə isti münasibətlərdən Türkiyəyə qarşı istifadə olunmalıdır.

Mənbə Baş nazir Kiriakos Miçotakisin "Dəmir günbəz” sistemləri almaq üçün İsraillə danışıqlara başladığını bildirib.

Qəzet Yunanıstanın İsraildən alacağı hava hücumundan müdafiə sistemləri ilə vuracağını yazıb.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az