Xatundan Rəqsanəyə: "Onun-bunun ərindən bic doğan..."

Xatundan Rəqsanəyə:
Mübahisəyə ilk olaraq Xatun başlayıb

Azərbaycanlı müğənnilər Rəqsanə İsmayılova və Xatun Əliyeva arasında söz davası yeni mərhələyə keçib. 

İstiPress xəbər verir ki, Xatun Əliyeva bir neçə gün sussa da, bu gün ürəyində olanları dilə gətirib. O, həmkarının gizlinlərini el ilə bir edib:

"Məşhur olmaq üçün neynəmək lazımdır? Lüt gəzmək, min üzlü olmaq, onun-bunun ərindən bic doğmaq, pozğun dairələrdə gecə həyatı sürmək, "Rent Car"dan "qalik" götürüb acıq vermək, kirayə villa tutub İnstagramda reklam etmək? Budur məşhurluq?! Həyatda çalışmışam ki, heç kimin haqqına girməyim, qınamayım, amma mümkün deyil. Çünki elə aləmdəyəm ki, müharibə etməsəm sülhdə yaşaya bilmərəm. Yenə də insanların şərindən Allaha sığınıram. Heç olmasa haqsız danışmayın və yazmayın!"

O, həmçinin qalmaqalları ilə deyil, sənəti ilə məşhurlaşdığını vurğulayıb:
"Xatun heç kəsin kölgəsində kimləsə duet oxuyub məşhur olmayıb. İlk səhnəyə gəldiyim ildən "Səndən ötrü" mahnısı tutdu. Ard-arda mahnı və kliplərimlə öz sözümü dedim. Qaldı ki, "Qayınana" mahnım bütün rekordları qırdı".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az