Xəbərdarlıq: Bu il tarixin ən isti yayı olacaq
Bu il dünyanı rekord dərəcədə istilərin qeydə alınacağı yay gözləyir.
ANS-in məlumatına görə, yazın ilk ayı olan mart indiyə qədərki ən qızmar mart rekordunu yeniləyə bilib. Amerikalı elm adamları yay üçün pqronozlarını məhz bu rekorddan sonra yenidən veriblər.
NASA rəsmisi olan Gavin Şimit bu yayın 1800-cü ildən sonra ən qızmar yay olmasının gözlənildiyini deyib. O, elmi araşdıma və ölçmələrin nəticələrinin qiymətləndirib. NASA rəsmisi verilən proqnozların 99 faiz reallığı əks etdirəcəyini bildirib.
NASA nəzdnində araşdırma aparan elm adamları 2016-cı ildə gözlənilən istilik rekordlarını müəyyən etmək üçün bu aya kimi müşahidə edilən göstəricilərin kifayət olduğunu vurğulayıblar.
Amerikalı alimlər bunun səbəbini Əl Nino cərəyanında görürlər. Onlar düşünürlər ki, El-Nino təbiət hadisəsi ancaq quraqlıq, qızmar hava yox, eyni zamanda şiddətli soyuqlar, sel və fərtınaları da özü iulə bərabər gətirəcək.
Onun təsiri ilə bir-biriə çox yaxın regionlarda belə tamamilə fərqli iqlim müşahidə edilə bilər.
Cərəyan iqlimə olduqca böyük təsir göstərəcək. Qlobal istiləşməyə səbəb olan El-Nino cərəyanı 2015-ci ili tarixin ən qızmar ili kimi tarixə salmışdı. 2016-cı ildə isə onun təsirinin daha da artıracağı proqnozlaşdırılır. El-Nino cərəyanı Sakit okeanda yaranır, su səthinin isinməsi ilə özünü göstərir. Hər 3-7 ildən bir təkrarlanan El- Nino Sakit okeanın çox qızması nəticəsində yaranır.
Bir müddət öncə İngiltərənin Reading Universitetinin elm xadimi Nik Klingaman da 2016-ci ildə dünyanın quraqlıqla mübarizə aparacağını proqnozlaşdımışdı. Onun sözlərinə görə, bir çox tropik ölkədə yağışların miqdarı 20-30 faiz azalıb: "İndoneziya tarixinin ən böyük quraqlığını yaşayıb. Hindistanda musson yağışlar 15 faiz az müşahidə edildi. Braziliya və Avstraliyada da eyni hadisələri gözləyirik".
Miq.az