Xərrazi: "Prezident seçilsəm, Azərbaycanı İrana birləşdirəcəm" - ŞOK

Xərrazi: "Prezident seçilsəm, Azərbaycanı İrana birləşdirəcəm" - ŞOK

İranda prezidentliyə namizədlərdən olan Ayətullah Seyyid Məhəmməd Bağır Xərrazi prezidenti seçiləcəyi tədqirdə Azərbaycanı, Tacikistanı, Ermənisanı İrana birləşdirəcəyi ilə bağlı bəyanat verib.

Bu barədə xəbəri Vətəninfo.az-a Kanadada fəaliyyət göstərən Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin başqanı Hüseyn Türkelli deyib.

O, özünün cəmiyyətdə tanınmaması ilə bağlı sualı belə əlaqələndirib ki, dini lider Ayətullah Xamneyi rəhbər olandan sonra da, ona qədərdə tanınan insanlardan deyildi:"Mənim cəmiyyətdə tanınmamağımın yaxşı bir tərəfi də var. Çünki bu, düşmənlərin mənimlə bağlı proqram hazırlamasına mane olub. Yəni,bu günə qədər tanınmış insan olsaydım,düşmənlər mənim haqqımda bəlli proqramlar hazırlayardılar".

Onu da qeyd edək ki, Ayətullah Məhəmməd Bağır Xərrazi İran Elita Məclisinin üzvü Ayətuallah Seyid Xərrazinin oğludur. İranın BMT-dəki keçmiş səfiri Kamal Xərrazinin qardaşı oğludur. Həmçinin Məhəmməd Bağır Xərrazi İranın dini lideri Xamneyinin oğlu Məsud Xamneyinin qaynıdı. Məhəmməd Bağır Xərrazi İran
Hizbullah təşkilatının baş katibidir.
Bir müddət öncə
Mancester klubunu alacağını bildirmişdi. Hizbullah televiziyasını açacağını elan etmişdi. Onun İranın siyasi sistemi ilə bağlı özünəməxsus baxışları var. Belə ki, Ayətullah Məhəmməd Bağır Xərrazi dini liderin mütləq hakimiyyətinə inanmaqla yanaşı, hesab edir ki,ölkənin idarəçiliyi tamamilə ayətuallahların və dini xadimlərin əlində olmalıdır. O, dünən namizədliyini elan edərkən deyib ki, tarixi İran ərazilərinin hamısını bir damla qan tökülmədən yenidən qaytaracaq. Dolların qiymətini bir il ərzində 1000 tumənə qaytaracaq (hazırda isə 4000 tüməndi) və beynəlxalq sanksiyaları prezidentliyinin ilk aylarında ləğv etdirəcək. O, İranınHizbullah Təşkilatının 1,5 milyon üzvünün olduğunu bildirib. Üstəlikonu da deyib ki , Hizbullahın 60000 hərbi təlim görmüş üzvü var.

Elnur Eltürk




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az