Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...

Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
"Məlumatı "Hayastan”ın parlament fraksiyasının rəhbəri, digər Xocalı qatili, Ermənistanın sabiq müdafiə naziri və Xocalı soyqırımını bilavasitə icra etmiş Rusiyanın 366-cı alayının keçmiş batalyon komandiri Seyran Ohanyan da təsdiqləyib...”
 
Ermənistanın Rusiyapərəst müxalifətinin "Hayastan”  blokundan olan parlament fraksiyasının deputatları Milli Assambleyanın dördgünlük iclaslarından əvvəl fraksiyanın qapalı iclasını keçiriblər. İclasda "Hayastan” blokunun lideri, Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryan da iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Johovurd” gündəlik qəzeti məlumat yayıb.
 
Deputatlar terrorçu eks-prezidentlə ölkədəki vəziyyəti, xüsusilə "Tavuş vilayətində demarkasiya və demarkasiya adı altında gedən prosesləri” müzakirə ediblər.
 
Robert Köçəryan "Ermənistan” fraksiyasının deputatlarına həm parlamentdə, həm də küçə mübarizəsində fəal olmağa çağırıb.
 
Məlumatı "Hayastan”ın parlament fraksiyasının rəhbəri, digər Xocalı qatili, Ermənistanın sabiq müdafiə naziri və Xocalı soyqırımını bilavasitə icra etmiş Rusiyanın 366-cı alayının keçmiş batalyon komandiri Seyran Ohanyan da təsdiqləyib. "O qeyd edib ki, ikinci prezidentlə görüşlər müntəzəm xarakter daşıyır və sonuncu görüş aprelin sonunda baş tutub”. 
 
"Aprelin 26-da bizim fraksiyanın iclası keçirilib və iclasda "Hayastan" blokunun lideri Robert Köçəryan da iştirak edib. Mühüm məsələlər müzakirə olunub: ölkədəki vəziyyət və nə etməli olduğumuz", - S.Ohanyan erməni nəşrinə müsahibəsində belə deyib. 
 
S.Laçın
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az