Xocalı ilə bağlı böyük işlər görülür - Kılıç

Xocalı ilə bağlı böyük işlər görülür - Kılıç

Türkiyənin bütün vilayətlərində, o cümlədən böyük şəhərlərdə və ən ucqar qəsəbələrdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir. Çünki Xocalı soyqırımına aid istənilən ədalətli tədbir bu faciənin soyqırımı aktı kimi tanınmasına dəstəkdir.

Miq.Az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç bildirib.

Xocalı soyqırımının ötən əsrdə insanlıq əleyhinə törədilən ən ağır bəşəri cinayətlərdən biri olduğunu qeyd edən Hulusi Kılıç deyib: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində böyük işlər görülməkdədir. Artıq on ildən çoxdur ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində aparılan işlər sistemləşdirilib. Xocalıda törədilən bəşəri cinayətin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması strateji hədəfdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinin ədəbiləşdirilməsi, eyniadlı parkların salınması, abidələrin ucaldılması bu layihələri həyata keçirən qurumlar tərəfindən soyqırımı aktını tanımaq deməkdir”.

Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) arasında imzalanan anlaşmaya əsasən YBU ərazisində Xocalı soyqırımı parkının və abidə-kompleksinin salınmasını daha bir qardaşlıq nümunəsi kimi dəyərləndirən diplomat əminliklə bildirib ki, bu proses tezliklə Türkiyənin bütün vilayətlərini əhatə edəcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az