Xudu Məmmədovun həyat yoldaşı VƏFAT ETDİ

Xudu Məmmədovun həyat yoldaşı VƏFAT ETDİ

Azərbaycanın tanınmış elm adamı və ictimai-siyasi xadimi Xudu Məmmədovun həyat yoldaşı Maya xanım dünyasını dəyişib

Tanınmış elm adamı və ictimai xadim olmuş Xudu Məmmədovun həyat yoldaşı Maya Məmmədova bu gün haqqın dərgahına qovuşub.

Xudu Məmmədovun xanımı Qazax rayonunda torpağa tapşırılıb.

Xatırladaq ki, Xudu Məmmədov (14 dekabr 1927, Ağdam – 15 oktyabr 1988) Azərbaycanın tanınmış elm adamı və ictimai-siyasi xadimi, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü olub.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub.

Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib./Qaziler.az/
 
Allah rəhmət eləsin!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az