YAP narazı qaldı

YAP narazı qaldı

“Vətəninfo.az” modern.az-a istinadən xəbər verir ki, aprelin 20-də Milli Məclis axşam iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri qəbul edib. 

Qanun layihəsinə 95 deputat lehinə səs verib. Yalnız 1 nəfəf dəyişikliklərin əleyhinə çıxıb. Müzakiirələri  beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in nümayəndələri izləyib.

Qanun layihəsinin müzakirəsi zamanı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı sənədə əlavə və dəyişikliklərlə bağlı münasibət bildirib.

F.Ağamalı parlament seçkilərinə 5 il müddətinə qatılmayan partiyalarım ləğv edilməsini tələb edib. Deputat partiyaların maliyyləşməsi ilə bağlı məsələyə toxunaraq bildirib ki, yalnız paytaxtda fəaliyyət göstərən partiyalar digər partiyalarla eyni maliyyə vəsaiti ala bilməzlər:

“Bizim partiyamızın 62 rayon təşilatı var. Ancaq elə partiya var ki, yalnız Bakıda fəaliyyət göstərir. Onlarla biz eyni vəsait almalıyıq? Bu düzgün məsələ deyil. Biz o pulu rayonlarda təşkilati işlərə sərf edəcəyiksə, digərləri yalnız özlərinə xərcləyəcəklər”.

Müsakirələr zamanı YAP-ın icraçı katibi Əli Əhmədov da səslənən fikirlərə münasibət bildirib. O qeyd edib ki, siyasi partiyalara dövlət tərəfindən maliyyə dəstəyi verilməsi böyük məsələdir. “Düşünürəm ki, burada əsas məsələ maliyyə ilə bağlı hansı meyarların olmasıdır. Bu məsələyə ünvanlı sosial yardım məsələsi kimi yanaşmaq düzgün deyil. Əsasən burada ictimai etimad və fəaliyyət səmərəliliyi olmalıdır”-deyə Ə.Əhmədov vurğulayıb.

Ə.Əhmədov bildirib ki, hazırda Milli Məclisdə siyasi tərəfi olan 84 deputatdan 71-i YAP-ın üzvüdür. YAP rəsmisi hesab edir ki, onlara ümumi vəsaitdən ayrılan 44 faiz pay ədalətsizlikdir. “Lakin hakim partiya buna baxmayaraq yenə də  kompromisə getmək niyyətindədir”.

Daha YAP-çı deputat müzakirə olunan qanun layihəsində siyasi partiyatarın müharibə təbliğatı ilə məşğul olmaması haqda müddəaya toxunaraq, qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az