Yaponiya mətbuatının keçirdiyi exit-poll Baş nazir Şinzo Abenin hakim koalisiyasının parlamentin aşağı palatasına erkən seçkilərdə qəti qələbə əldə ediyini göstərir.
Vətəninfo.az xəbər verir ki, Yaponiya mətbuatının açıqladığı proqnozlar bazar günü səsvermə məntəqələrinin bağlanmasından az sonra keçirilən sorğuya əsaslanır.
Proqnozlara əsasən, iqtidarda olan Liberal Demokrat partiyası və onun müttəfiqi olan Komeito partiyası parlamentin aşağı palatasında yerlərin üçdə ikisini alaraq çoxluq əldə edib.
Abe büdcə-vergi sisteminin stimullaşdırılması və struktur islahatlara dair “Abenomics” adlanan strategiyasına mandat almaq üçün seçkilərin vaxtından iki il əvvəl keçirilməsinə çağırmışdı.
Yeni mandat Abenin növbəti dörd il ərzində ölkənin olduqca böyük borcunun azaldılması və kənd təsərrüfatı sektorunun yenidən qurulması da daxil olmaqla mürəkkəb islahatları həyata keçirməsinə imkan verəcək.
Abe 2012-ci ildə Yaponiyanın durğunluq dövrünü yaşayan iqtisadiyyatını dirçəltmək vədləri ilə ikinci müddətə baş nazir seçilmişdi.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib