Yardım adı ilə İrəvana hərbi yük daşınır - Tiflis ifşa etdi

Yardım adı ilə İrəvana hərbi yük daşınır - Tiflis ifşa etdi

Gürcüstan Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb.

Miq.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı və Feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb.

Bildirilib ki, "humanitar yük” daşıyan nəqliyyat vasitələri bir aya yaxındır Rusiya-Gürcüstan sərhədindəki "Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır.

Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürüclərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.

Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər.

Ermənistan Xarici İşlər Nazirliyindən "Sputnik Armenia” agentliyinə bildirilib ki, məsələnin tez bir zamanda həlli ilə bağlı Gürcüstanın müvafiq dölvət qurumları ilə iş aparılır.

Feysbukda yük maşınları və onların daşıdığı güllə keçirməyən jiletlərin yer aldığı videogörüntülər yayılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az