Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb

Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb
Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb

APA-nın cənub bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı və Cəlilabad rayon polis şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli maddələrin qaçaq yolla daşınmasında şübhəli bilinən Yardımlı rayonunun Gilar kənd sakini İlqar Sultanlı saxlanılıb. Araşdırmalarla onun qaçaq yolla gətirdiyi külli miqdarda narkotik tərkibli həbi bir İran vətəndaşından aldığı və yaşadığı kəndin yaxınlığındakı meşə massivində gizlətdiyi müəyyənləşib.
 
Həmin əraziyə baxış zamanı narkotik tərkibli "T-DOL-200” adlı 10.000 ədəd həb aşkarlanaraq götürülüb.
 
Faktla bağlı  araşdırmalar davam etdirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az