“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun göstərişi ilə elektrik qatarlarının istifadəsi dayandırılıb. Dünəndən etibarən qatarlar xəttən çıxarılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə azvision.az-a daxil olan məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat katibi Nadir Əzməmmədov təsdiqləyib.
N.Əzməmmədov bildirib ki, sərnişin parkı yeniləndiyinə görə, köhnə qatarlar xəttdən çıxarılıb.
QSC sözçüsünün fikrincə, köhnə qatarların yerinə yeni qatarlar gətiriləcək.
“Yaxın günlərdə yeni qatarlar gətiriləcək. Müqaviləyə əsasən, “Stadler Railway” şirkətindən 5 ədəd ikimərtəbəli sərnişin vaqonları alınıb. Ayın 2-də həmin vaqonlardan 2-si Azərbaycana gətiriləcək. Bu vaqonlar Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutunda istifadə ediləcək.
Yaxın günlərdə digər vaqonlar da gətiriləcək və Yalama- İmişli istiqamətində xəttə buraxılacaq”.
N.Əzməmmədov bildirib ki, yeni qatarlar Latviyadan alınacaq.
“Müvəqqəti narahatlığa baxmayaraq, yaxın günlərdə bu problem aradan qaldırılacaq. Təzə qatarlar gətirilən kimi istismara veriləcək”.
Qiymət artımının olacağı ilə bağlı sualacavabında N.Əzməmmədov, bununla bağlı Tarif Şurasına müraciət olunacağını deyib: “Burada ikimərtəbəli elektrik qatarlarından söhbət gedir. Hələki bu barədə iş getmir. Çox güman ki, Tarif Şurasına müraciət ediləcək. Araşdırma aparacağıq ki, bir sərnişin Bakı-Sumqayıt arasında gediş-gəlişi neçəyə başa gəlir. Ümumi qiymət çıxarılıb, Tarif Şurasına o təklif olunacaq”.
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...