"Yayda yaradıcılıq prosesindən uzaq oluram"
Bütün yaradıcılıq işlərimi dayandırmışam.
Bu sözləri xalq artisti Firəngiz Mütəllimova isti yay günlərindəki sənət fəaliyyəti ilə bağlı deyib:
"Çoxdandır ki, belə bir istirahətə ehtiyacım var idi. Bütün yaradıcılıq işlərimi dayandırmışam, yayda yaradıcılıq prosesindən uzaq oluram. Yalnız istirahətə vaxt ayırıram. Avqust ayının 23-də işləməyə başlayacağam. Azərbaycanın gözəl guşələrini gəzirəm. Bu yaxınlarda Şamaxıya getmişdim. Bacım və övladlarımızla dincəldik. Onlardan başqa kimim var ki? İndi Bakıdayam və istirahətimi davam etdirirəm. Avqust ayının sonunda yeni enerji ilə yaradıcılığıma start verəcəyəm”.
Axar.az