“Yeddi rayon Azərbaycana qaytarılmalıdır”-Duma üzvü

“Yeddi rayon Azərbaycana qaytarılmalıdır”-Duma üzvü
"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ilkin mərhələdə yeddi rayon Azərbaycana qaytarılmalıdır”.
 
 
Publika.az xəbər verir ki, bu barədə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Dmitri Savelyev "Moscow-Baku” portalına müsahibəsində deyib.
 
 
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində daha aktiv mövqe tutmalıdır: "Mən 2016-cı ildə bu istiqamətdə sıçrayışa çox ümid edirəm. Çünki hansısa çıxılmaz vəziyyətlərin yaranmasına baxmayaraq, proses doğru istiqamətdə irəliləyir. Hər şeydən öncə Dağlıq Qarabağ ətrafındakı yeddi rayon qaytarılmalıdır”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az