ABŞ-ın Ferqyusson şəhərində yenidən kütləvi iğtişaşlar başlayıb.
Vətəninfo.az-ın Lenta.ru.-ya istinadən verdiyi xəbərə görə, iğtişaşlara səbəb ABŞ polisinin törətdiyi qətlə görə həbs olunmamasıdır. Ağ dərili polis Daren Uilson qaradərili yeniyetmə Maykl Braunu qətlə yetirdiyinə görə, 24 noyabrda məhkəmə qarşısına çıxarılsa da, onun həbs olunması üçün səbəb tapılmayıb. Bütün bunlara etiraz edən Ferqyusson şəhər sakinləri axşamdan etibarən küçələrə axışaraq məhkəmənin qərarına etiraz ediblər. Yerli əhali küçədə barikadalar quraraq polis maşınlarını yandırıblar. Onlar polis bölməsini də daşa basıblar. Etirazçıların sözlərinə görə, yeniyetməni qətlə yetirən polis həbs olunmadıqca onlar aksiyalarına ara verməyəcəklər.
Əziz
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib