"Yəqin ki, bundan sonra hərbi sistemdə olmayacağam" - Ramiz Tahirov

Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

 
Miq.az xəbər verir ki, general Tahirov Prezident İlham Əliyevə təşəkkür edib:

 
"Mənim xidmətlərim yüksək qiymətləndirilib. Hazırda bir sıra təkliflər var, qərar verməmişəm. Yəqin ki, bundan sonra hərbi sistemdə olmayacağam. Başqa bir sahədən təklif var. Sahənin konkret hara olması ilə bağlı bir söz deməyəcəm. Öz yerimə kimin təyin olunacağı məsələsinə gəlincə, bu mənim səlahiyyətimdə deyil. Kifayət qədər potensiallı insanlar var. Kiminsə adını çəkən deyiləm”.

 

Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə və Hərbi Hava Qüvvələrinin Hava Təlim komandiri general Namiq Bayramovun onun yerinə əsas namizəd olması ilə bağlı sualı isə R.Tahirov belə cavablandırıb.

 

"Hər ikisini tanıyıram. Namiq Bayramovla Naxçıvanda bir yerdə çalışmışıq. Bilavasitə bu sahədə çox təcrübəli və biliklidir”, - o, "manset.az”a açıqlamasında bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az