Yerə meteorit düşdü
Tailandın Banqkok şəhərində
yaşayanlar qeyri-adi fəza hadisəsinin şahidi olub. Onlar arxasından ağ
tüstü buraxaraq uçan naməlum obyekt müşahidə ediblər. Obyekt yoxa
çıxmazdan əvvəl alışıb, lakin partlayış səsi eşidilməyib.
Banqkokdan 200 km uzaqlıqda yerləşən Kançanaburi əyalətinin
sakinləri səma cismi gördüklərini və partlayış səsi eşitdiklərini
bildiriblər.
Yerli mətbuatın xəbərinə görə, şahidlər çox yəqin ki, meteoritin
düşməsinin şahidi olub, lakin əlaqədar təşkilatlar bunu təsdiq etmir.
"Thai PBS” telekanalının göstərdiyi videoçarxda aydın görünür ki, naməlum obyekt arxasından ağ tüstü buraxaraq uçur.
Milli Elmi Tədqiqatlar İnstitutunun alimləri qeyd edirlər ki, bu
hadisə doğrudan da meteoritin düşməsi ola bilər, lakin belə hadisələr
gec-gec və gecə vaxtlarında baş verir.