Yerevanda özünü yandıran kişi öldü

Yerevanda özünü yandıran kişi öldü

Bir neçə gün əvvəl Yerevanda keçirilən etiraz aksiyası zamanı üstünə benzin töküb od vuran 58 yaşlı Hadcik Qriqoryan bu gün xəstəxanada ölüb.

Xatırladaq ki, H.Qriqoryan özünü iyulun 30-da Yerevanda polis alayını zəbt etmiş qiyamçılara dəstək məqsədilə Baqramyan prospektində keçirilən aksiyada yandırmışdı.

Yaxınlıqda olanlar alovu söndürərək onu xəstəxanaya çatdırmışdılar. Amma o əvvəlcə "Aramyanmts” tibb mərkəzinə, oradan yanıq mərkəzinə köçürülsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Vahan Martirosyan

Virtualaz.org-un xüsusi müxbiri



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az