Yol polisləri polkovniki döydülər-BAKIDA

Yol polisləri polkovniki döydülər-BAKIDA
Bakıda yol polisi əməkdaşları Müdafiə Nazirliyinin polkovnikini döyüblər. Hadisə Yeni Günəşli massivində baş verib. Miq.az Sputnik-in məlumatına istinadən xəbər verir ki, Dövlət Yol Polisi Suraxanı rayon şöbəsinin əmkdaşları nazirliyin polkovniki Mehman Yusifovun idarə etdiyi maşını saxlayarkən, tərəflər arasında mübahisə düşüb. İnsindent zamanı ərazidəki digər həmkarlarını da köməyə çağıran polislər polkovniki döyüblər.

Mehman Yusifov baş verənlərlə bağlı Suraxanı rayon Polis İdarəsinə şikayət edib. Məlumata görə, ağır bədən xəsarətləri alan Yusifovun şikayəti üzrə materiallar Suraxanı rayon prokurorluğuna göndəriləcək. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az