Yürüş Mehrəlibəyli: “Millətçilikdən Traktorçuluğa”

Yürüş Mehrəlibəyli: “Millətçilikdən Traktorçuluğa”

Sorun:

Güney Azərbaycanda sürən milli hərəkat,ayranda 10-cu seçkilər sonrasi

bu olaylarda,tamaşaçı kimi qalmışdır.Qıraqda olan hər kəsin umdugunun

tərsinə,milli hərəkat, seçki sonrası olaylarda etkin (fəal, proactive) qonum tutmamışdır.Bu arada son illərdə Güney Azərbaycanda gündəmə gələn" futbol və siyasət məsələsi" traktortiminin yanlıları (tərəfdarları) biçimində daha artıq ortaya çixarmiş vəmilli hərəkatin yeni fəalliyyət meydanı halına gəlmişdır.

Traktor timi millətçilərin və gənəldə Azərbaycanlıların ən sevimli

futbol takımına çevrilməkdədir. Traktorun Təbrizdəki oyunlarında 70

mindən fazla tamaşaçının toplanması və "Yaşasın Azərbaycan" şüarının

stadiyonu titrətməsi hamını həyacana gətirmiş.Kimisi bu oyunları televizyondan gözləməci olaraq izləməkdə-həyəcan yaşamaqda, traktoru qullamaqda (himayət etməkdə) SMS yaymaqda, kimisı yaxınları ilə bərabər oyunlara gedib ordakı tamaşaçı sayını çoxaltmaqda, kimisı bu oyunları babək qalası və xordad olaylarından sonra hərəkatın ən önəmli sərgili işi kimi dəyərləndiməkdə,kimisi bunu siyasi eleşdirməyə düşünməkdə və kimisi bunun siyasi eleşdirilməsini

ziyanlı görüb "Yaşasın Azərbaycan" səviyyəsində qalmağını

istəməkdədir.Bu arada bir sıralarıda bu hərəkatı mənimsəmək istəməkdə

və qarşılıqlı olaraq bir sırası bu hərəkatın kiminsə tərəfindən

mənimsənməsindən hürkməkdədirlər.Bir sıraları traktor olqusun hərəkatı oyalamağa (məşğül etməyə) hakimiyyətin ortaya atdığı oyun kimi dəyərləndirir. Azərbaycanı mərkəzdə gedən çaxnaşmalardan uzaq saxlamaq üçün Əhmədinejad

dövlətinin kullandığı arac kimi görür.Başqaları isə traktoru

Azərbaycanın milli takımı və üstəlik milli ordusu adlandırır,farslara

qarşı mübarizənin simgəsi kimi dəyərləndirirlər. Traktorun takım

boyasını(qırmızı)və bayrağının rəngini milli hərəkatın boyası kimi və

hətta bayrağı kimi fazla qaçıranlarda var... Göründüyü kimi "traktor" olqusu çevrəsində sorunlar çoxdur.Bu sorunların vaxtında aydınlaşıb, çözülməməsı yeni sorunlarda törədəcəyi düşüncəsindəyəm.Bu sorunlar çözülməzsə,hərəkatda hər hansı kiçik bir sorunu ayrılıq səviyyəsinə qaldırmaq istəyənlər, belə duyarlı (həssas) durumda bizi yenidən öz meydanımızda özümüzlə savaşmağa sürükləyəcək.

Beləliklə bütün bunları gözə alaraq ,milli qurtuluş savaşımızda,traktor olqusu ilə ilgil necə davranacağımız söz konusudur. Hər hansı atdığımız addımın milli hərəkatımızı söz konusu koşulda nə qədər irəli aparacağı açısından dəyərlənməlidir. Milli qazancımız önçəliklə (məyar) olaraq bütün davranışlarımızda yarqı (qəzavat) aracı olmalıdır. Bu yazıda bu önçəliklə (milli

qazancımız) traktor olqusunu bacardıqca araşdırıb, dəyərləndirməyə çalışacam.

Özəlliklə İranın gənəl siyasi durumu.Milli hərəkatımızın qarşısında dayanan etkin amillərin başında yerləşən və fars şovinizminin əsas dəstəkçisi olan iran islam cumhuriyyəti hakimiyyətinin hansı durumda olduğunu bilmək,qərar

verməklərimizdə önəmlidir.Farsçılıq,siyasi şiəçilik və irançılığa

dayanan "vilayəte fəqih" sistemi iş üstə gəldikdən bu günə qədər

ardıcıl böhranlar yaşamışdır.Böhran yaratmaq və böhranları aşmaq , vilayəte fəqih hakimiyyətinin özəlliyinə çevrilmişdir. 1357-ci il dövrümündən bu günə qədər "mərkbərə-ölüm olsun" şüarı dillərindən düşməmişdir.Gərçək dışı düşmənləri öldürmək hökmü və bəlgəsı ilə,ayranı millətlərin dustağına çevirmiş. Ölkəni ağır

xəzinələrə uğratmışdır. Bütün muxaliflərin islam düşməni, amerika, ingilis və keçmişdə suriya adamı adlandırıb,sıradan çıxardan,anaları ağlar qoyan, əbzar (ayqıt) olaraq kullandığı çox muzdurları zaman-zaman boğan molla rejimi artıq çıxmaza (bənbəst) gəlmişdır. Hakimiyyətin milli güvənlik baxımdan yapılması gərəkirkən işlər pozulmaqdadır. Hakimiyyət dairələrində böyük çatlaq yaranıb,toplumun böyük çoxunluğu özəlliklə indiki durumda siyasi meydanda daha çalışqan olan yeni orta təbəqə, hakimiyyətin yox, muxalifətin çevrəsində toparlanmaqdadır (bəsic olmaqdadır). Müxalifət birləşməkdə və hakimiyyətin içindən olan islahatçılar müxalifətə digeri ayılmakdadır. Xaricdə günü–gündən ehtibarını itirməkdə və ehtibardan (ətbardan) düşməkdədir. Milli hərəkatlar,qadınçılıq hərəkatlari,məllimlərin ehtiraz hərəkatlari, ardı-ardına düzülməkdə və son neçə ayda "yaşıl hərəkat" deyimini hakimiyyətin içini oymaqdadır. Keçmişdə bohranlardan kullanan hakimiyyət, xaricdəki düşmənləri önə çəkməklə içərini öz ətrafında birləşdirən sistem, artıq bu yöntəmin yararlı olacağına qorxu ilə baxmaqdadır. İçəridə bundan artıq böhranı yönəltmək və kullanmaq olası görünmür.Üstəlik içəri böhranları önləmək,ört-basdır etmək,ayrıcında olan çeşitli hərəkətlərin birləşməsini önləmək daha gündəmindədir. Xarici siyasətdə isə,özdə saldırqanlıq göstərsədə(içərini yemləmək üçün)daldada qoz(imtiyaz)verməyi istəyir (tərcih edir). İçəridə hər hansı ictimai hərəkatın siyasiləşməsi,hakimiyyətə qarşı yönəlməsi,hər hansı siyasi birliyin qurulması,artıq hakimiyyətə ziyanlı görünür. Belə bir durumda bütün bacaları bağlayan,bütün qapıları qıfıllayan hakimiyyət,bir hərəkatı tam basdıra bilməsədə onun üçün tam kontrolunda olan deşikləri açmaq istəyir. Normal halda bütün bu tədbirlər hakimiyyətin istədiyi sonucu versədə,bu günkü durumda sonuclar öngörüləsi deyil.İstənilən girişimin (tədbirin) tam tərs sonuca uğraması olası bir olqudur.Böyləcə bataqlardan, uçurumlardan qaçmaq istəyən hakimiyyət,yeni bataqlara tuş gəlməkdədir. Hakimiyyətin düşəcəyi bu bataqlar bizim milli hərəkatın ən uyğun oyun meydanı olacaq.

Özətcə Güney Azərbaycan milli hərəkatının bu günkü konumu haqda:

Güney Azərbaycan milli hərəkatı tarixi bir ehtiyac yaratdığı ictmai-siyasi-mədəni bir hərəkatdir.Bu hərəkat millətimizə yönəlik ayrı seçkiiliyə qarşı yaranıb. Millətimizi və kültürümüzü aşağılamağa qarşı ortaya çıxıb.Milli haqlarımızın əldə edilməsi üçün,iqtisadı-siyasi-kültürəl alanda (sahədə) millətimizə olan zülmə qarşı yaranıb.Milli dövlətimizi qurmağı,gələcəyimizi özümüz bəlirləməyi amaclayıb. Hərəkatımızın yaranmasının çox saylı səbəbləri var. Hərəkatımız milli hərəkatdır və hər kəs, hərəkatı yaradan səbəblərin bir və ya neçəsin duyaraq bu meydana girib.ona görə də hərəkatda təbəqəsindən,cinsindən,yaşından,siyasi və dünya görüşündən asılı olmayaraq hər türlü insan görmək olar. Doğal olaraq milli amaclara çatmaq üçün çeşitli yollar və yöntəmlərlə gedənlər var. Kültürəl, siyasi və kültürəl–mədəni hərəkatlara öncəlik verən çoxlu şəxs və qrupları sıralamaq olar. Hərəkatımızı özəlliyində milli-siyasi hərəkat olsada yeni ictmai hərəkatlardan etkilənmişdir. Milli hərəkatımız iranda və dünyada gedən siyasi-icimai axımlar və dalğalardan həmişə etkilənib və etkilənməkdədır.Ölkə,bölgə və dünyada gedən siyasi –ictimai dalğalara qarşı hərəkat içində edilən(mənfəət)etkin(mösər)uyar və qarşıt olan qüvələrimiz olub.Bir sıra böyük dalğalar hərəkatı daha artıq öz qucağına almağı başarmışlar.İranın içində gedən cərəyanlardan xatəminin islahat hərəkatı və 10-cu prezident seçkiləri öncəsi və seçki sonrası yaşıl hərəkatı hərəsi bir türlü hərəkatımıza geniş kapsamda etkiləmişlər.ixtilaflara,tartışmalara və... Nədən olmuşlar.Sonunda isə hərəkat yenidən öz axarına düşmüş,öz yolağında ilərləmişdir.Milli hərəkatımızda turançıdan tütmüş,iran türklərini savunan və ana dildə öyətimi gərəkli bilən türkçülərə qədər görmək olar.ortaq ideyamız türkçülük olmağına baxmayaraq, zaman–zaman aramızda gərəksiz çatlaqlarda yaranmışdır. Federalçı–istiqlalçı,iran türklüyü-Azərbaycan türklüyü, Bütöv Azərbaycançı- Güney Azərbaycançı və... Kimi tartışma konularının, bir sıra faydalarından başqa yersiz ayrılıqlara nədən olması doğal deyildir. Zaman göstərib ki hərəkat içində yaranan ixtilafların əsas mənşəyi şəxsi munasibətlər və maraqlar olub.Yoxsa millətin qazancı uğrunda yapılan tartışma həmişə faydalıdır.Kiçik məsələləri qabardıb,millətçi silahdaşlarına qarşı düşməncə davranan şəxslərdə var hərəkatımızda.Örgütlərimiz hakimiyyətin yaratdığı basqılardan başqa,bir sıra xəstə insanlar tərəfindəndə saldırıya uğramaqdadır.Belə millətçi adı daşıyan insanların davranışlarının nədənini,ən xoş görülükdə,xəstəlikdə qısqanclıqda görmək olar. Hərəkatımız tam mərkəzləşmiş,formalaşmış və hər an böyük hadisələr yaratmaq gücündə deyil. Heç bir orqan və fərdin bir başa iradəsi ilə Azərbaycan milləti ayağa qalxmır və ya ayağa qalxmış millət yerində oturmur. Hələlik milli iradəni hərəkata gətirəcək mərkəziyyət yoxumuzdur. Bu isə potansiel milli gücümüzün,haçan meydana gələcəyini şans və ehtimallara bağlayır. Hərəkatımızda təsir gücünə yiyələnən şəxsiyyətlərimiz ardı kəsilməz saldırıya uğramaqdadırlar. Lider,liderlik,öndər və öndərlik hərəkatımıza xuxu kimi təqdim olublarÜstəlik yeni ictimai hərəkatlardan etkilənərək,örgütdən qaçış duyğularıda hərəkata sıranmaqdadır. Hərəkatımızda radikal düşünən qüvvələrin bir sırası(istiqlaldan aşağa nə varsa rədd edənlər),qırım-qırıntı işə qane olmur böyük işləri isə görənmir.Bu üzdən bıcaqcıllaşırlar(mənzüy olurlar)ilımlı(motredil)olanlar isə satqınlıqda suçlanırlar.onların milli hərəkat adına heç iş görməyə səlahiyyətləri yoxdur sanki.Milli hərəkatımız,millətimizə yön verəcək və hərəkətə gətirəcək rəsanədən məhrumdur(Yüxəsündur).Yaşıl hərəkatı bügünə qədər ayaqda saxlayan

amillərdən VOA, BBC televizyonlarını sıralamaq olar.Təssüflə bizdə bu

görəvi daşıyan TV və radio yoxdur. Hərəkatda birlik yaratmağı gərəkli görən insanlarımız çoxdur.Ancaq dışarıda və içəridə birlik qurmaq üçün atılan addımların sonucsuz olduğun görürük. Tərsinə birlik amacı iləyapılangirişimlər(tədbirlər)daha artıq ayrılıqlara səbəb olmuşdur. Bütün bunlara baxmayaraq milli hərəkat Azərbaycanda və iranda böyük bir məsələyə çevrilib. Keçmiş yazılarımda yazdığım kimi,milli hərəkatımız gələcəkdə siyasi oyuncuya çevriləcək. 10-cu prezident seçkisinə qədər(seçki gününə qədər)hərəkatımız özünü iran səviyyəsində məsələ həddinə qaldırmışdır.Seçki sonrası isə,milli hərəkat artıq Azərbaycanda siyasi oyuncu olduğun isbatladı.Güney Azərbaycan milli hərəkatı siyasi oyunculuğun etkiliyini(mənflanə)ortaya qoysada,gələcəkdə etkin oyuncuya çevrilmək yetənəyi var.Bunun əsas gərkəsinimi yuxarıda sıraladığımız iç məsələlərimizin ortadan qaldırılmasıdır.

Futbol, millətçilik və siyasət.Futbol oyunu dünyada ən yayqın toplusal(cəmi)idman sayılır.Futbol çəkici,həyəcan verici,sonucu öncədən kəsin bəlli olmayan idmandır. Futbol bir an içində duyğuları alt-üst edən,kədəri sevincə və sevinci kədərə çevirən,tamaşaçıların gözlərini yaşardan,bilinc dışı hərəkətlərə nədən olan idmandır. Futbol, boyuktelevizyonları, qazetvədərgiləri, evləri, tartışmaları və meydanları bir anda buran,aşğal edən, yeni dunyanın olqusudur. Çoxlarının qəbul etdiyi bir düşüncə var: "futbol təkcə bir idman deyil". Futbol ictimai–siyasi-iqtisadi və kültürəl etkilərə yiyələnmiş,çeşitli boyutları olan bir olqudur.Yazının bu bölümündə futbolun çeşitli yönlərinı araşdırıb, açıqlamağa çalışacam. Futbal hərnədən öncə bir əyləncədir.Öncə argentinalıların yarışmalı əyləncələri və indi bütün dünyanın. Bütün kültürlərdə,lap qədim zamanlardan,yarışma insanlara maraqlı olub. Həm yarışanların və həm

yarışmaya tamaşa edənlərin çeşitli duyğu və gərkəsinimlərin duyurmuş.

insanlar arasında döyüşmək, guləşmək, qaçış yarışı və... Maraqlı və

çəkici olmasının yanında, heyvanlar və yeni dünyada cansızlar arasında

da yarışmanının çəkiciliyi var.Xoruz döyüşdürmək,it boğuşdurmaq,at

çapmaq ,qədim qulların döyüşü,maşın və mator yarışı və... Hər birinin

insanlarda çəkiciliyi var.Futbol isə bu yarışmalardan biridir.

Futbol argentinalıların oyunu olduğu üçün,ingilislər, fransalılar və

amerikalıların aracılığı ilə tüm dünyaya yayılmışdır.Futbolun dünyalıq

idman olmasının başlanışı 19-cu yüzilliyin ikinci yarısına qayıdır.

ingilislər futbolu öz mənfəətlərinə apardılar. (1854də hənd və 1863 də

afrıqa) futbol istimarçıların mənfəətlərə qarşı kullandıqları üçün,

istismarcı idman adlanıb.Bu baxışda,futbol böyük istismarcı ölkələrin

zəif millətlərə qarşı istismar və istismar aracı və böyük ticarət

şirkətlərin insanları istismar aracı kimi dəyərləndirilir. Bu baxışda istismarçılar həmişə öz müstəmləkələrini əsas məsələlərdən uzaqlaşdırıb,onları səthi(uzəyəsəl)xırda,hay küylü məsələlərlə başların qatmaq istəyiblər. ingiltərənin qoca və pişmiş siyasətçisi "çörçil"in bir fikri var:" imperatorluq sarayının dırəkləri futbol stadionlarının üstündə dayanıb." Latın amerikası ölkələri bu gün dünyanın ən geri qalmış ölkələrindən sayılır.Onların yer altı və yer üstü zəngin qaynaqları,sərvətləri başqaları tərəfindən sömürülüb.İngilislər,fransalılar və amerikalılar bu ölkələri evcilləştirmədə (ram etmədə) qılınc və tüfəng gücünü

yetərsiz duyduqları zaman,futbol ortaya girmiş və yeni bir silah kimi

bu ölkələrin millətlərin istismar etməkdə və sərvətlərini sömürməkdə

yararlı olmuşdur. İslam ölkələrində məzhəbi ixtilaflar, Çin kimi böyük

ölkələrdə ucuz təryak,istimarçıların aracı olduğu kimi,latın amerikasındada futbol millətlərin gözün bağlamaqda istəkli olmuş. İstismar,latın amerıkanın ən kiçik ölkəsini ucuz sömürmək üçün 1926-cı ildə futbol tuzağın bu ölkədə qurur.İngilis şirkəti olan "doklənd kompani" şirkətinin argentinadakı sorumlusunun mərkəzdəki başçısına yazdığı məktub çox şaşırtıcıdır.Bunlar argentinada futbolu bir kutsal gələnək (sənəti müqəddəs) siyasətinə qaldırmağı düşünmüşdürlər.Böyük stadionlar qurmuşlar və oyunlarda biletləri pulsuz yaymışlar,.... İstismarcılar latın amerikada futbolun fikrin o qədər yüksəltmişlərki,argentinalıların bütün hər sheylerini ve enerjilerini futbala ayrılsın. Beləliklə istismarin görünməsını önləsınlər.

istismarcılar yaxşı başa düşməmişdilərki futbol kimi həyəcanlı və

hay-küylü idmanı yaymaqla, müstəmləkələrdə olan potensial müxtelif gücləri başqa yerə yönəltmək olar. Onlar böyük yarışmalar yapmaqla, latın amerikası ölkələrinin köhnə yaralarına dərman qoymaq istəyirdilər. Beləliklə müstəmləkələrin əzilmiş və tapdalanmış şəxsiyyətlərin başqa biçimdə göstərmək istəyirdilər. Latın amerikanın qəhvə,şəkər,kakao və başqa qaynaqlarını daha artıq

sömürmək üçün məkanlarini oraya daşıyan istismarçılar,bunun sonucunda

yaranan işsizliyə qarşı,futbolu bir iş kimi irəli sürürlər.Beləliklə

profesional və həvəsli futbol ortaya çıxır.İnsanın burada əşya

seviyyəsinə endirilməsi və insan alveri yapılır.İstismar top və

tankdan əlavə,necə deyirlər pambıq ilə baş kəsməyi bacarmış.

Futbol üzrə dünya bırınciliyi yarışması,birinci dönə argentinada

yapılır.Argentinalılların bütün sərvətləri talan olduğu halda,bu

olayla güvənirlər öyünürlər və 1930-cu illəri argentinanın dünyada

tanınması ili kimi dəyərləndirirler!!! (İstiqlal günlərindən daha

önəmli gün!!) Futbola tam istismari oyun kimi baxanlar hərnəyi bu açıdan

yozurlar.Ancaq başqa olqular kimi futbolunda çeşitli yönləri

var. Futbolun millətçilikdə siyasətdə,iqtisadiyyatda,kültürdə özəl tkiləri var. Siyasətçilərin,iqtisadi qurumların,dövlət başçılarının,gənc və yaşlıların,qadın və kişilərin və ... Futbol ilə maraqlanmaları bunun bir göstəricisidir. Milli takım sayəsində futbol,ortaq kimlik hissi,üstünə bağlılıq və bir sözlə milli duyğuları körükləndirir(təhrik edir)və bu hislərin yayılmasında etkilidir.1990-cı il dünya qəhrəmanlıq yarışmasında almanların millətçi duyğularının oyanması və kışkırtılması(təhrik olması) bölünmüş ölkənin birləşməsində tezləşdirici amillərdən biri oldu. Bir sıra oyunlarda milli qürur hissi güclənir,yaralanır və ya yaralanmış milli qürur sağalır. Argentinalıların ingilislərlə oyunu həmişə bu hisləri duyurmaqdadır.Onlar ingilislərdən "saloyna"ədaların almaq istəyirlər.Ona görə də ingilis qarşısında udub,uduzmaq milli qürur hislərinə etkilidir. Gəlişməkdə olan bir sıra ölkələr,özelliklə bir zaman istismar altında olan ölkələr üçün keçmiş istismarçı ölkəni futbolda yenmək(udmaq) ürəklərindən tikan çıxarmaq kimi olur.Uduzduqları halda isə keçmiş acı xatirələr canlanır və bu acını,o ölkənin tamaşaçılarına,oyuncularına və ya səfirliklər üstündə boşaldırlar.Bu ölkələrlə keçmiş istismarçılar futbol oynayanda,keçmişdə istismardan yaralanan ölkələrdə öz dərddaşların dəstəkləyirlər. Futbol oyunları millətçilik və millətlərin milli qürurları,milli duyğuları və də faşisti duyğuları ilə düyünlənib.2002-ci il dünya

birinciliyi yarışmalarında Türkiyənın oyunları zamanı Türkiyə və

Azərbaycanda milli duyğuların gündəmə gəlməsı ilə yanaşı, aynı ölkə

arasında yaxınlıq duyğuların çoxaltmışdır. Bunun yanında, oyundada bu

oyunlar zamanı, farslar və türklərin milli duyğuların görmək olardı. Həm

farslar və həm türklər milli duyğularla bu oyunları izləyirdilər.O

zaman oxuduğum biliyurdda bu oyunları canlı yayırdılar. Neçə yüz

öyrənci bu oyunu izləyərkən davranışları maraqlıdır. Türklərin

çoxunluğu,ya Türkiyəyə yanlı olduğun açıq göstərir yada bunu

göstərməkdən çəkinir sakit baxırdılar (azınlıq olduqları üçün). Farslar

isə Türkiyənın qarşısında hər hansı tim vardır,onu öz timləri kimi

görürdülər.Farslar türklərə qarşı Braziliyanın, Seneqalın, Yaponiyanın

və... tərəfindədirlər. Onların bilinc dışı davranışları və hərəkətləri

çox maraqlı idi.Türk millətinə qarşı tarixi duyğuları üzə çıxırdı.

Futbol var olan kimlik sınırların aşıladığı duyğularla daha qabardır.Sanki millətlərin savaşı kimidır.Bu savaşda ittifaqlarda qurulur. Bu savaşda udmaqla,birikilmiş duyğular boşalır.Bir sıra ölkələrdə futbol ilə ictimai gərginlikləri söndürməyə çalışırlar.Braziliya və argentinanın futbolu kullanaraq ictimai gərginliyin söndürmələri 70-80 in cı illərə qayıdır. Həmin illərdə bu ölkələr xarici ölkələrinə borcludular (onəmli rəqəmlərlə borcluluq) və bu borcların ağırlığı onları boğmaqdadır.Futbol insanların içində bulunan həyəcanların,ağrıların boşalmasında etkilidir.Futbol uluslar arası ilişkilərdədə önəmli rol daşıyır.Bir sıra ölkələr,futbol oyunun iki ölkə arasında olan inciklikləri aradan götürmədə yararlı bilirlər və futbol yarışmaların yenidən ilişkilərin qurulmasında bəhanə kimi

istifadə edirlər.Cənubi və şimali amerikanın arasında olan futbol

oyunu və son zamanlar ermənistan və Türkiyə arasındakı futbol

yarışması bunun açıq örnəkləridır. Ancaq futbolun təsirlərinin genişlənməsi daha çox rəsanələrə(yetirgənlərə)başda olaraq taleyine qayıdır.milli və klublar

arası oyunları bu səviyyədə yaymasaydılar bəlkə futbolun tesiri bu

qədər olmayacaqdır.Futbol yalnız oyun meydanına sınırlansaydı(məhdud

olsaydı)onun bu qədər ictimai siyasi təsirləri olmazdı.Rəsanələr

futbol oyunlarında əfkar ümumi(kamoviv)ya yön verməkdə,milli qürur

hissi aşılamaqda və uduzan zaman duyğuları kontrol etməkdə önəmli rol

daşıyırlar.Futbol beləcə bir ölkə əhalisində rəzayət hissi (duyum) yarada bilir.O ölkənın çətinliklərini kiçildib ya qabarda bilir. Göründüyü kimi futbol geniş təsirlərə malik olan bir idmandır.Bu təsirlərin hansı yöndə olması isə,təsir aracının kimin əlində olmasına və kimin daha çox yararlana bilməsinə bağlıdır.

Traktor timi,asimilyasiya və millətçilik siyasi hədəflərin,futblun dünya səviyyəsinə yayılmasında önəmli rolu olub. Futbolun isə bir sıra siyasi cərəyanlara etkisi bəlli və aydındır. Bu qarşılıqlı etkiləşim(məntiqi təsir)bütün dünyada olduğu

kimi irandada görünməkdədır.İranda da futbol təkcə idman deyil,həm

siyasətdən etki alır, həmdə siyasi cərəyanlara təsir edir. Məsələyə Güney Azərbaycan açısından baxmağı hələlik yetərli görüb,gənəl iran açısından siyasət və futbolun ilişkilərini araşdırmaqdan vaz keçirik. İstər istismarçı qüvvələrin,istəyi ilə,istərsədə millətlərin və milli dövlətlərin öz istəyi ilə oluşan futbol yarışmalarında doğal bir kural var. Hər millət,istər müstəqil,istər əsarətdə və istərsədə başqalarına hakim konumda öz timin,öz millətinə aid olan timi alqışlayar,onun yanlısı olar.Hər şəhərin əhalisi öz şəhərinə aid olan timi

mənimsəyər. Hər etnik və millət özünə aid olan,özünün saydığı timi

mənimsəyər,alqışlayar.İranda bu doğal qaydadan fərqli bir olquyu

yaşamışıq. Tehranda olan iki adlım timin (istiqlal və persepolis) yanlıları hər şəhərdə var,üstəlik çox şəhərdə,şəhərin öz timindən daha çox bu dediyimiz iki timin tərəfdarı var.Bir şəhərin adamları öz timləri varkən,başqa şəhərin timinin yanlısı olması olağan dışıdır (Ğıradıdır). Ancaq iranda bu olub.Keçmiş illərdə Təbrizdə istiqlal və persepolisin yanlılarının sayı heç də traktordan az

olmurdu! Hələ Təbrizlilər, Təbrizçiliklə və Təbrizə olan təəsübləri ilə

tanınarlar. Tehranda əhalinin çoxunun türk olmasına baxmayaraq

traktorun tamaşaçıları persepolisin,istiqlal tərədarlarının yanında gözə gəlməzdilər. Bunun əsas səbəbi iranda hakimiyyətin yürütdüyü asimilyasiyanın siyasətidır. Özündən qaçma,fars heyranı olmaq və mərkəz sevərlik duyğuları öz təsirini futboldada göstərirdi.Farsı özündən üstün görmək,fars dilini türk dilindən şirin bilmək və fars kanallarının yaydığı təbliğat öz təsirin buraxmışdır. Milli hərəkat Azərbaycanda gücləndikcə bu yapay (məsənui) irançılıq və mərkəzçilik öz boyasın itırməkdədır.Azərbaycançılıq və millətçilik get–gedə farsçılıq və irançılığa üstün gəlməkdədir.Futbol sevərlər Azərbaycanda ,Azərbaycanın semvolik şəhəri Təbrizin traktor timini öz timləri kimi görməkdədirlər.Get–gedə traktor timinin yanlıları çoxalır. Keçmişdə futbol ilə maraqlanmayan millətçilər isə indi traktor

timinin yanlıları kimi görünürlər. Traktorun yanlılarının və tamaşaçılarının çoxalması,Azərbaycanda farsçılığın yenilməsi,türkçülüyün güclənməsi və asimilyasiyanın etkisiz hala gəlməsi deməkdir.Təbriz şəhərində və tehranda traktor timinin tamaşaçılarının persepolisin və istiqlaldan çox olması,Azərbaycanın özünə dönməsideməkdır.Özgələşmiş,yapaylaşmış (məsənuiləşmiş) və doğallıqdan çıxmış millət,daha doğal və olduğu kimi hərəkət etməkdədir.Azərbaycanlıların türk şəhərinə bağlı bir timin tərəfdarı olmaqları təbii haldır.Çox doğaldır ki türklər traktor timinin tərəfdarı olsunlar.Üstəlik milli hərəkatın güclənməsi sonucu,iran

milli timi ilə Quzey Azərbaycan və ya Türkiyə takımları arasında yarış

olarsa,türklərin hansı timi alqışlamaları ön görülə bilir.Türklər

milli kimlik və milli duyğuları ilə işğalçı iran timini yox,Azərbaycan

timini öz timləri bilməlidirlər.O zaman bu millət özü olmuş demək.Özu

olmuş və doğma olmuş bir millət,milli haqlarını çox yaxşı duyar və onu

əldə etməyə hər an meydana gələ bilər. Millətçilikdən traktorçuluğa ettelatda dindirildiyim zaman,ettelat məmuru soruşduğu sorular içində,bir soru sonralar məni çox düşündürdü.Üzüldüm, heyfisləndim və .... - " Azərbaycan"adında futbol timini nə hədəflə yaradıbsız? ...... Kimlər bu fikiri ireli sürüb?........ Hardan maliyələşəcək?...... Özünü o yola vurma! Biz bilirik sız tehranda şkaf qumı yaratmaq istəyırsız. .... O zaman "can Azərbaycan" adında tehranda bir dərnək varıdı. Əhməd həkimipur və kəmal məradi gilin o dərnəyin sorumlusu olduqların

bilirdim,ancaq futbol timi oluşdurduqlarından xəbərsiziydim."

Azərbaycan"adında tehranda futbol timi! " Azərbaycan" adlı futbol timi, milli hərəkata mənsub olan şəxslərin nəzarətində! Məsələnin önəmi bəllidir. Ettelatın dediyi kimi böyük bir çatlağın yaranması gözlənə bilərdi.Millətçilərin yöntemi ilə ireli gedən bir tim bəlkə get-gedə bütün Azərbaycanlıların ən sevdiyi timinə çevriləcəkdir.Bilmirəm o dönəmdə həmin iki nəfərin(və başqa əməkdaşlarının) amacları nə idi?Ancaq sonrakı hadisələr göstərdiki ettelat belə bir timin

önemini,o şəxslərdən daha artıq bilmiş və onu önləmişdir.ettelatdan bu

məsələni eşitdikdən bir ay sonra,artıq o tim 20 milyon tümənə "əli

pərüin"ə satılmışdır.Bu arada nə oldu,nə keçdi mən bilmədim,ancaq

yuxarı ehtimal ilə ettelatın bu olayda əli vardı.Timin adı öncə"sərx camgan paytaxt" sonra isə "əstil azın" oldu və artıq indi tehranın başqa timlərinə tay bir timdir. Hakimiyyət zərərsiz və bəlkədə qazanclı!

Təzə irəliləməkdə olan bir futbol timinə,ettelat bu qədər duyarlı (həssas) olursa, Təbrizdə özünə yer açmış,tərəfdar qazanmış və bütün iranda tanınan "traktorsazi"timini gözdən qaçırması məntiqi görünmür.Bu bir haldadır ki son illərdə futbolun nə qədər siyasi olması və hakimiyyətin siyasi məsləhətləri kölgəsinə düşməsi hamıya aydındır. İqtisad və siyasətdə populizmə dayanan Əhmədinejad dövlətində isə, bu məsələ daha artıq qabarıb.Futbol siyasətin tam kölgəsindədir indi. Hakimiyyətin ayaqda qalması,müxalifəti boğması və kütləni siyasi baxımdan mənfəət hala gətirmək amaclarının doğurduğu məsləhətlər

futbol oyunlarının nəticəsini təyin edir.İran mətbuatında "tim milli"nin geriləməsini siyasi məsləhətdən doğan olqu kimi dəyərləndirənlər çox olur.Prezident seçkiləri sonrası yaşıl hərəkatın meydana gəlməsi məsələsi oyunların sayın çoxaltmışdır.İstiqlal–piruzi oyunundan sonra tamaşaçıların verdiyi şərh maraqlıdır:" siyasi futbol istəmirik". Futbolda oyunların sonuclarından doğan duyğuları bir daha vurğulamaq faydalıdır: 

- milli kimlik sınırlarının qabarması,etnik çatlaq,milli qürur

hissi,milli birlik və yığcamlığın (əncam)artması

- ictimai gərginliklərin söndürülməsi,soyuması və nəhayət kontrol altına gəlməsi,nəfəsin boşalması,ağrı və acılarıntoxtaması,birikilmiş(qalanmış)enerjilərin azad olması,qələbə hissi,enerjilərin yön dəyişməsi

- milli qürurun sineması,xəyal kırıklığı,üzgünlük, depresion,keçmiş

acı xatirələrin canlanması bütün bu hislərin yaranmasında futbol timinin hansı millətə aid olması,oyunun nəticəsi və meydanın necə davranması təsir edicidir.

Siyasi məsələ dedikdə,hakimiyyət yuxarıdakı hislərin hansının yaranmasının qazanclı olduğu nəzərdə alınır.Hakimiyyət,əlındə olan imkanlarla məsələni bildiyi duyğular yaratmağa çalışır. Futbolun nəticəsi və meydanın necə davranması iran hakimiyyətinin əlindədir.İstədiyi kimi nəticə çıxar və istədiyi kimi oyunun nəticəsin yozar.Beləliklə istədiyi duyğuları yaradar.Millətə enerji aşılayıb və

ya enerjisin alar. (Başqa oyunlarda) vurğuladığımız bu koşulları(şəraiti)bir daha gözdən keçirib,bu günkü durumda traktor olqusuna yenidən baxaq:

iran islam cumhuriyyətinin yaşam sürəsinin ən gərgin anlarındadır.

Hakimiyyət içində böyük şaqqalanma və çatlaq baş verib.

Yaşıl hərəkat dediyi yeni bir hərəkat yaranıb.Bu hərəkat xarici

himayəyə malikdir və get-gedə dərinləşir. Yaşıl hərəkata Azərbaycan qoşulmadı. Bu olay Əhmədinejad hakimiyyətinin ürəyincə oldu. Əhmədinejad hakimiyyəti iqtisadi və siyasətdə tam populisti əsaslarla hərəkət edirlər. Futbol iranda tamamən siyasidir və traktor bu qaydadan qıraqda deyil. Xordad qiyamı(1385-cı il)sonrası Azərbaycanda boğuntu və basqı çoxaldı.Hərıkatçılar bu basqı ortamı içində yenidən meydana gəlmək üçün çıxış yolları,bacalar (dəliklər) axtarırlar. Əhmədinejad hakimiyyəti seçki zamanı sübut etdi ki Azərbaycanda daha milli məsələni görməzdən gəlmək olmaz və bu məsələdən populisti yöntəmlərlə istifadə etməyidə gözdən qaçırmır. 15-ci əsasnamə haqda qəbul etdikləri aldadıcı qərar və xatəminin türklərə ahantını yaymaq bu ədanın sübutuna örnəklərdir. Belə bir koşullar(şərait)içində yeni bir olqu ortalıqdadır.Traktor timinin iranda birinci liqə gəlməsi və onun oyunlarında 70 min nəfərlik stadionun Azərbaycanlılarla dolması,"yaşasın Azərbaycan-yaşasın traktor" şuarının oyun sırasında yüksəlməsi,millətçilərin bir çox şəhərdən bu oyunları izləmək üçün Təbrizə toplanması ,traktoru savunmaq və oyunların hamıya çatdırmaq üçün sms-lərin yayılması və hərəkata bağlı olan saytlarda traktor timi haqda məqalə və baxışların yazılması,traktorun mərbisinə "Kamal paşa" adı bir sıraları tərəfindən verilməsi,traktoru milli ordu adlandırmaq,futbol meydanın yeni mübarizə meydanı kimi dəyərləndirmək,traktorun ligdə qalması üçün yalnız" yaşasın Azərbaycan–yaşasın traktor " şüarına kifayətlənmək və siyasi şüarlardan çəkinmək kimi bir sıra millətçilər tərəfindən verilən önərilər və daha önəmlisi traktorun bayrağını hərəkatın bayrağı!! Adlandırmaq,traktorun rəngini hərəkatın rəngi-boyası olaraq önərmək və... Bir sözlə traktorçuluq olqusu! Bu olqu ilə(traktorçuluq olqusu)milli hərəkat olaraq necə yanaşmalıyıq?Necə davranmalıyıq ki bu olqunun məhəbbət yönlərindən hərəkatın qazancına yetərincə kullanmaq və olumsuz(mənfi)yönlərini

önləyək,başqalarının qazanc aracı (obzarı) olmayaq,istəmədən tuzaqlara

düşməyək, boşuna əndişəmizi tükəltməyək və milli enerjini milli qazanclara yönəldək...? Öncə traktor haqda bunu bilməyimiz lazımdırki,hüquqi baxımdan traktor timi"traktorsazi" fabrikasının timidir.Bu fabrikanın bütün işçilərini,başçısını və traktor timinin mərbisini,müdürünü və bütün oyunçularını cumhuri islami təyin edir. Cumhuri islamının iradəsi ilədə bütün bunlar fabrikadan və onun timindən dışlana bilirlər.Deməkdə timin kıfılı (necəliyi) Azərbaycan millətinin və milli hərəkatın əlində deyil.Hakimiyyət futbol məsələsinə siyasi baxdığı üçün bu timin kıfılı və oyunlarda necə oynaması da bu siyasətdən asılıdır. Timin oyunçuları

türk,fars və başqa millətlərdəndirlər.İstənilən zaman hakimiyyətin istədiyi kimi hərəkət etməyə məcburdurlar və onları bu siyasət qabağında dirənməyə gərəkən nədənlər zəifdirlər.Özətcə desək traktor timinin guclu və ya zəif oynamasında və oyunun nəticəsində bizim etgimiz yoxdur. (Çün normal şərayıtdə deyilik yoxsa tamaşaçının timin necə oynamasında önemli rolu var). Futbol timi ardıcıl zəif oynasa və ya ardıcıl yenilsə,tamaşaçıda xəyal kırıklığı yaranar,tamaşaçını üzər,depresion edər,milli qürur hissinə ziyan verər.Get–gedə tamaşaçının sayı azalar... Təəsüflə yuxarıda deyildiyi kimi hakimiyyət bunu bacara bilir. Futbolun doğurduğu etkiləri media yönləndirə bilir və bu media hal hazırda hakimiyyətin əlindədir. Hakimiyyətin traktorla necə davranmasını,bizim necə hərəkətlərimiz deyil hakimiyyətin öz mənfəəti- zyanı təyin edir. (Uduzub- udması, liqdə saxlayıb endirməsi). Traktor olqusu ilə ilgili necə davranmamız üçün bir soruyada cavab

verməyimiz gərəklidır: nədən traktor bu qədər milli hərəkatda və Azərbaycanda gündəmə gəlib? Azərbaycanda milli hərəkat güclənib,milli şüur oyandıqca

Azərbaycanlılar öz futbol timlərini farsların timlərinə tərcih etmələri,traktorun 8 ildən sonra yenidən birinci liqə gəlməsi və Azərbaycan bölgəsindən yalnız traktor timinin liqdə olması kimi nədənləri sıralamaq olar.Ancaq məsələ siyasi məsələ olduğu üçün siyasi tərəflərin(milli hərəkat –hakimiyyət)baxış və mənfəəti

açısından da məsələyə yanaşmaq lazımdır. 1- milli hərəkat proactive olaraq futbol meydanın özü seçib. 2- milli hərəkat hakimiyyətin basqısı altından çıxmaq üçün futbol meydanını çıxış yolu kimi görür. (Reactive) 3-lap qaramsar (bədbinanə) baxsaq, demək olar hakimiyyət özü hərəkatı bu yönə çəkmək istəyib. Hər halda bu olqunun hakimiyyət və milli hərəkata hansı qazanc və

hansı ziyan verməsi söz konusudur. Traktorçuluğun hakimiyyətə qazancları və milli hərəkatın zyanları: milli hərəkatın enerjisi hakimiyyətə qarşı deyil,futbol meydanında tükənib. Milli hərəkat mərkəzdə gedən yaşıl hərəkata qoşulmur. (Bu hakimiyyətin qazancıdı ancaq milli hərəkat açısından tartışılmalıdır)

Azərbaycanda olan ictmai siyasi və iqtisadi gərginlikdən yaranan narazılıqlar ötəri olmuşsada sönükdür. Azərbaycan milli hərəkatı içində,hakimiyyətə qarşı olan nifrət futbol meydanında boşalır. Milli hərəkatda məsələdə qələbə hissi yaranır və bu razılıq hissi milli hərəkatı bir sıra aşırı hərəkətlərdən çəkindirir. Azərbaycan milli hərəkatı hakimiyyətin kontrolunda olan meydana çəkilir.Bu meydanda istədiyi zaman milli qürur hissini tapdalaya bilir. Traktorçuluğun hakimiyyətə ziyanları və milli hərəkata qazanları: 70 min nəfərin bir yerə toplanması,üstəlik tam duyğusallıq hakim olan bir yer,100% kontrolda ola bilməz.Və o stadiondan hərnə baş verə bilər. Stadionda toplanmış camaat,toplu halda şəhərə çəkilə bilər və böyük bir göstərinin başlanışı ola bilər. Traktorun oyunları türkçülük duyğuların təhrik edə bilər. Milli kimliyi qabarda bilər və özəlliklə etnik çatlaq yaradar.Bu çatlaq yarandıqdan sonra,milli hərəkatın fəaliyyətinə uyğun meydan açıla bilər.

Millətçilik daha artıq kutləviləşər. Gənclər arasında hızla yayılar.

Futbolun yaratdığı həyəcanla radikal şüarlar və istəklər daha rahat

qəbul olunar. Milli mücadilədə bu meydanı hansı tərəfin təyin etməsi önəmli olsada uğur qazanmaq hər iki tərəf üçün olasıdır. Hakimiyyət çalışır

yazdığımız qazancları əldə etsin və zyanları önləsin. Milli hərəkatda habelə.

Sonuc:

Hakimiyyət milli hərəkatımızı boğmaq,yolundan sapdırmaq (caydırmaq) və

mahiyyətcə dəyişdirmək üçün hər bir girəvəni (fürsət) kullanmaq

istəyir. Traktor məsələsi və gənəldə futbolda hakimiyyətin kullana biləcəyi bir olqu ola bilər. Traktor ilə ilgili hakimiyyətin istədiyi ideal şərait belə ola bilər: millətçilik Azərbaycanda traktorçuluq səviyyəsinə ensin. (Millətçilikdən traktorçuluğa!!!) Milli qurtuluş savaşı milli təəsüb səviyyəsinə düşsün. Azərbaycanda olan ictimai siyasi və iqtisadi gərginliklər futbol meydanında çözülsün. Azərbaycan mərkəzdə gedən yaşıl hərəkata qoşulmasın və milli mübarizəni futbol meydanında görsün.Bu meydanda qələbə və yenilməsi təriflənsin. Hərəkat siyasiləşməsin.Sıyıqlaşsın və dünya kamuoyunu özünə çəkə bilməsin. Biz milli hərəkat olaraq nə etməliyik?

1- millətçiliyi traktorçuluğa deyil,traktorçuluğu millətçiliyə çevirməliyik.

2- ziya göyalp demişkən "bütün alanlarda türkçülük olmalıdır".Bu gün

futbol alanındada tükçülük gərəklidir

3-millətçilər içində,futbol sevərlər traktor oyunlarını tam milli

şuarlarla doldurmalıdırlar."Yaşasın Azərbaycan" şüarı səviyyəsində

qalmaq,hakimiyyətin istədiyi səviyyədir.Bu səviyyədə hakimiyyətə

təhlükə yoxdur sanki.Bu səviyyədə millətçinin enerjisi boşuna

tükənir."Yaşasın Azərbaycan" şüarını xamneyi,Əhmədinejad,xatemi və ...

Də deyirlər.

4–70 min nəfərin toplandığı yer milli oyanış üçün yaxşı

meydandir.oyun bitdikdən sonra bu 70 min nəfər boşalmamalı,tərsinə dolmalıdır.

5-hakimiyyət traktoru liqdən salar deyə özümüzü kısıtlamayaq.Milli

hərəkatın qazancı hakimiyyətin ziyanıdır.Hakimiyyət olayı ziyanlı

görərsə(hərəkatın qazancına)önləməyə çalışacaq. Hakimiyyətə ziyanı olmasa isə deməli hərəkata dəxli yoxdur.Hərəkata dəxli olmayan bir işdəhərəkatçının vaxt itirməyi düz deyil.

6-hərəkatı soyuqlaşdırmaq,onun çəkiciliyin(cazibəsin)alar bir futbol

timinin fars(və ya lor) mərbisinə türk dünyasının ən adlım şəxsiyyətinin adın vermək düz hərıkat deyil."Mustafa Kamal paşa "Türkiyəni tarixi çöküşdən qurtaran tək şəxsiyyətdir.Belə soyuqluq hərəkatımıza yaraşmaz."Kamal paşa çox yaşa" şüarını ortaya atan kimsə türk millətinin tarixindən kəsin xəbərsizdir.

7-doğal olaraq bu gün Güney Azərbaycan millətinə ən sevimli futbol

timi traktor olmalıdır.Ancaq traktor timin milli ordu adlandırmaq,milli ordu sözünə belə sayğısızlıqdır.Milli ordu əsgərlərin və başçıların düşmən seçəməz!

8-xeyallarımızda traktor timin milli tim kimi görsəkdə,traktorun

bayrağın milli bayraq adlandırmaq,milli bayrağın nə olduğunu və necə

yarandığını bilməməyi göstərir.Tam xoş görülüklə baxsaq belədır.Yoxsa

bir futbol timinin bayrağın milli bayraq səviyyəsinə qaldırmaq,hərəkatımıza və milli bayrağa hörmətsizlikdir. Milli bayraq futbol timimizi deyil, milli məfkürəmizi göstərməlidir.

9-yaşıl hərəkat dalğasından təsirlənərək,hərəkatımıza rəng axtaranlar və türkçülük rəngi(göy)ilə traktor rəngi (babəkə mənsub rəng- solçuluq rəngi-qırmızı)arasında qalanlar bilməlidirlərki bizim hərəkatla farsların yaşıl hərəkatı mahiyyət ehtibarı ilə fərqlənir. Milli hərəkata rəng yox milli bayraq gərəkdir



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az