“Zabuxda bir dükan açacam - yalnız erməniləri və rus hərbçilərini buraxacam”- Laçındakı Andranik...

“Zabuxda bir dükan açacam - yalnız erməniləri və rus hərbçilərini buraxacam”- Laçındakı Andranik...

"Suriyalı Ovik Esmeryan Xocalı yaxınlığında hektarlarla meyvə və gül bağları əkib becərir.  ABŞ-dan gəlmiş Arsen Şirvanyan isə quşçuluqla məşğuldur, kəndlərdə pulsuz cücə paylayır...”
 
"Axavno kəndinin statusu aydın olmasa da,  bir şeyi dəqiq bilirik: bizim geri çəkilməyimiz və vətəni düşmənə təslim etməyimiz mümkün deyil...”
 
Moderator.az xəbər verir ki, qəsbkar ölkənin "Qolos Armeniyi”  nəşrinin yazdığına görə, bu sözləri xaricdən gəlib Azərbaycanın Qarabağ torpaqlarında qanunsuz olaraq məskunlaşmış ermənilərin "REPAT Armenia” fondu tərəfindən təşkil edilmiş onlayn-görüşündəki çıxışında Laçın rayonunun "Axavno” adlandırdıqları Zabux kəndinin qondarma "meri” - Livan ermənisi Andranik Çavuşyan söyləyib. 
 
Bu Azərbaycan kəndində 1990-cı illərdən bəri faktiki fəaliyyət göstərən faşist terrorçu Qaregin Njdenin adını daşıyan məktəb binasının təmir olunduğunu, uşaq bağçası və oyun meydançası, eləcə də tibb məntəqəsinin tikintisinə başlanılacağını xatırladan Andranik eyni zamanda "kiçik biznes proqramlarını” həyata  keçirməyi, tikiş arteli, lavaş və çörək sexi də tikdirməyi planlaşdırdığını bildirib. "Axavnoda bir ərzaq dükanı açacam və ora yalnız erməniləri və rus sülhməramlılarını buraxacam”- deyə bu Livan terrorçusu həyasızcasına vurğulayır. 
 
Qeyd edək ki, üzdəniraq onlayn-görüşdə  digər iştirak edənlərin də hər biri Azərbaycan torpaqlarında qanunsuz işlərlə məşğul olur.  Suriyadan olan Ovik Esmeryan Xocalı yaxınlığında hektarlarla meyvə və gül bağları əkib becərir.  ABŞ-dan gəlmiş Arsen Şirvanyan isə quşçuluqla məşğuldur, toyuq cücələri bəsləyib satır. Müharibə günlərində Yunan Kipindən olan soydaşlarıyla birgə evsiz ermənilərə müxtəlif yardımlar edib. İndi isə kəndlərə pulsuz cücə paylayır. Artıq 6 kənddəki 500-ə yaxın cücə verib. O, bu günlərdə Laçının Zabux kəndində sülənən ermənilərə də bəsləmələri üçün toyuq cücələri bağışlamağı planlaşdırır. Amerikadan gəlmiş digər ermənilər: Arşak Mesropyan və Şant  Çarşacyan da hər biri müxtəlif sahələrdə qeyri-qanuni biznes quraraq Qarabağdakı ermənilərə burada yaşamaları üçün dəstək verməyə çalışırlar. Və s. və i.a.   
 
Özlərini "repatriant” (yəni xaricdən guya öz doğma torpaqlarına qayıdıb gələn)  sayan bu təxribatçıların əsas məqsədi ermənilərin Azərbaycan torpaqlarından kütləvi köçünün qarşısını mümkün qədər almaqdır...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az