Zakir Qaralov mətbuat xidmətinə yeni prokuror təyin etdi

Zakir Qaralov mətbuat xidmətinə yeni prokuror təyin etdi

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edilib.

Report-un xəbərinə görə, Baş Prokurorluğun veb-saytında "KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur.

Yeni təyinatı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

E.Sultanov bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilərək Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az