Zakir Qaralovdan yeni təyinat

Zakir Qaralovdan yeni təyinat
Bakı Şəhər Prokurorluğunda yeni təyinat olub.

Miq.az APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Tural Çingiz oğlu Aslanov Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

T.Aslanovun adı Baş Prokurorluğun veb-saytında prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrə görə məsul olan əməkdaşlarının siyahısına əlavə edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinatı təsdiqləyib.  
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az