Zelenski: "Azərbaycan Ukraynanı əkin üçün yanacaqla təmin etməyə hazırdır"

Zelenski:

Azərbaycan Ukraynanı əkin üçün yanacaqla təmin etməyə hazırdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevlə telefon danışığına dair "Tviter" paylaşımında yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyevlə  danışdım. Dinc əhaliyə qarşı vurulan yeni zərbələr barədə məlumat verdim. Yaşıl dəhlizlərə olan ehtiyacı müzakirə etdik. Humanitar yardıma və əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür etdim”, - o qeyd edib./arqument.az/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az