Zelenski Əliyevdən xahiş etdi: Bakı razılıq verdi

Zelenski Əliyevdən xahiş etdi: Bakı razılıq verdi

Azərbaycan Ukraynaya kredit ayırmağa razılıq verib.

Miq.Az xəbər verir ki, bu məlumatı Ukrayna Radasının Xalqın Xidmətçisi Partiyasından olan deputatı Maryan Zabolotski yayıb.

"Hakimiyyət nümayəndələri ilə görüşdə Prezident Zelenski dedi ki, Azərbaycan və Kanada ölkəyə kredit yardımı ayırmağa razılıq verən dövlətlərdir. Bakı 300 milyon dollar kredit verməyə razıdır. Bu məbləğ Azərbaycan üçün elə də böyük vəsait deyil. Bizə bu çətin dövrdə uzadılan hər yardım əli çox dəyərlidir”, – deyə o bildirib.

Qeyd edək ki, Ukrayna lideri Zelenski ölkəni defoltdan xilas etmək üçün 8-10 milyard dollara təcili ehtiyac olduğunu, buna görə bir neçə dövlət başçısına, o cümlədən Prezident İlham Əliyevə xahişlə müraciət etdiyini bildirmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az