Zelenski: "Mariupol tam blokadadadır"

Zelenski:


"Azov dənizinin sahilində Ukraynanın ən böyük şəhəri Mariupol tam blokadadadır”.

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.

Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.

"Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir. Nə üçün?”, – deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, müharibə zamanı artıq onlarla xəstəxana, yüzlərlə məktəb, uşaq bağçası və universitetlər dağıdılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az