Zelenskinin xanımı video yaydı: Bu, dəhşətdir!

Zelenskinin xanımı video yaydı: Bu, dəhşətdir!

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Rusiya ordusunun Mariupoldakı doğum evinə aviazərbəsini əks etdirən video paylaşıb.

Axar.az xəbər verir ki, Y.Zelenskaya aviazərbənin az öncə endirildiyini bildirib.

"Bu, dəhşətli videodur. Daha dəhşətlisi odur ki, biz bunları görmürük. Biz hələ də bilmirik ki, nə qədər ana və uşaq ölüb”, - Zelenskaya yazıb.

Y.Zelenskaya növbəti dəfə NATO-nu Ukraynanın hava məkanını bağlamağa çağırıb:

"Bütün Ukrayna NATO-dan hava məkanının bağlamasını xahiş edir. Xahiş edir ki, bu, bir daha təkrarlanmasın. Amma bizi eşitmirlər. Ancaq düşmən təyyarəsi artıq açıq şəkildə dinc əhalini hədəf alır”.
 
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az