Ziya Məmmədov getdi, onu Cavid Qurbanov əvəzlədi

Ziya Məmmədov getdi, onu Cavid Qurbanov əvəzlədi

Bu gün Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib.

Miq.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib. İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Voleybol Federasiyasının prezidenti Nəqliyyat Naziri Ziya Məmmədov idi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az