Ziya Məmmədovun QUDASI da "zərərsizləşdirilir"-Heydər Əsədov...

Ziya Məmmədovun QUDASI da

Xəbər verdiyimiz kimi, "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb.
 
Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamında əksini tapıb.
 
Azərbaycan prezidentinə Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi səlahiyyəti verilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır.  Son 1 ildə Ziya Məmmədovun demək olar ki, bütün səlahiyyətləri alınıb və faktiki portfelsiz nazirə çevrilib.

Miq.az oxuculara xatırlatmaq istəyir ki, bir neçə ay bundan qabaq bəzi nazirliklərdə öz adamlarını ildırım sürəti ilə  yerləşdirən Heydər Əsədovun qardaşının da nazirliklərdən birinə yüksək vəzifəyə təyin ediləcəyi ilə bağlı yazı yazmışdıq. Amma onun birdən-birə "vurulması" və mətbuatda haqqında sürətlə yayılan kompromatlar,  işçilərinin rüşvət alması nazirin gözdən düşməsinə səbəb olub.  

Miq.az-a daxil olan məlumata görə, uzun illlərdir Dövlət Müdafiə Fondunda Hüquqi şəxslərlə iş departamentinin rəsisi vəzifəsində işləyən Şiraslan Əsədovun bu yaxınlarda  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifəyə təyinat alacağı da müəyyən səbəblər tərəfindən əngəllənib.

Redaksiyamıza daxil olan məlumata görə, 61 yaşlı Şiraslan Əsədovun yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə gətirilmək üçün hazırlıq işləri də tamamlanmışdı.

Hakimiyyətdəki mənbələrdən istiqlal.az-a da verilən məlumata görə, eyni aqibət Z.Məmmədovun qudasını da gözləyir. Yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan "Aqrolizinq" ASC və başqa təsisatların da nazirliyin tabeçiliyindən çıxarılması gözlənilir. Qısa müddətdə H.Əsədov da portfelsiz nazirə çevriləcək.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az