Ziyalı problemi-Ermənilərin güllələtdirdikləri azərbaycanlı

Ziyalı problemi-Ermənilərin güllələtdirdikləri azərbaycanlı
Dilavər Əzimli

Toplumu millətə çevirən, onu yetişdirən onun ziyalılarıdır. Hər diplomu olana ziyalı deyilmir. Ziyalı "nurlu” deməkdir. Ziyalının sözü ilə əməli bir-birini tamamlamalıdır. Alim isə aləmləri bilən deməkdir. Aləmləri bilən yalnız Uca Rəbbimizdir! Demək, "alim” sözü Uca Rəbbimizə aiddir. Bizdə həm ziyalı, həm də alim sözünü təhrif edirlər. Kimə gəldi bu sözləri işlədirik. Ziyalılar XIX əsrin II yarısında Azərbaycanın ictimai-siyasi fikrində mühüm rol oyanayan fikir babaları idi. Məhz onların hesabına Azərbaycan Cümhuriyyətini ortaya qoyan çoxlu sayda liderlər yetişdi. 

Onları düşündürüən Millət və Vətən idi! Son nəfəsə qədər də Vətən dedilər, harayladılar! Vəzifələrindən gedəndən sonra dolanmağa ciblərində pulları da yox idi. Bu gün bizim baxışımızla onlara başqa müstəvidən baxıb gülənlər də vardır. Onların da diplomları vardır. Onlar da haradasa bir vəzifədə oturublar. Amma onların içi o iç deyildir. Onların içi heyvanatın işinə bənzəyir: yeyir, yatır və....Sonrası məlumdur. İndi onların sayı daha da çoxalır. Sizcə onlara ziyalı və alim adını vermək olarmı? Ziyalı yalan danışarmı? Bunların sayı çox olanda millətin tənəzzülü başlayır. Bunun da zərbəsi Vətənə dəyir. XIX əsrin sonlarında bir əlli ziyalı yığışıb Vətən, Millət barədə bir araya gəlib müəyyən yerlərə fikirlərini çatdırırdılar. İndi bizdə bu mümkünmü??? Təbi ki, mümkün deyildir. Bunun bir neçə səbəbi vardır: qorxu, xof, yaltaqlanmaq, biganəlik, özündən və maraqlarından savayı başqa sahələrə diqqət ayırmamaq və sairə...

Tarixdən bizə bəllidir ki, ziyalı həmişə dövlətçilik məsələlərində öndə getmiş, iqtidarlarla səmimi münasibətlərdə olmuş və dəyərli məsləhətlər vermişlər. Bütün orta əsrlər dövlətçiliyimiz bu təməl üzərində qurulmuşdur. Dövlət başçıları yalnız öz sözü olan, xalq arasında nüfuzu olan və Vətəni həyatından artıq sevən ziyalılara üstünlük vermişdir. Ziyalı dövlətin aparıcı qüvvəsinə çevrilmişdi. Ona görə də Mövlanə Cəlaləddin Rumi yazırdı ki, "bir ziyalı şahın ayağına gedib nəsə umarsa, o ziyalı deyil, murdar itdir. Şah məsləhət üçün ziyalının ayağına gəlməlidir”. 

Bu gün bizdə ziyalı problemi vardır və ciddiləşir. Qarşıdan ağır illər gəlir. Tarixdən nəticə çıxaran insan kimi hiss edirik ki, qarşıdakı illər bəşəriyyət üçün daha ağır olacaqdır. Dünyanın iri gücləri daha təhlükəli proqramalara imza atacaqdır. Bunalar dirəniş gpstərmək üçün bizdə də həqiqi ziyalılara, ziyalı sözünə dərin ehtiyac yaranır. Buna görə də yaltaqlara, xoflulara deyil, bu cür ziyalılara üstünlük vermək lazımdır. O ziyalılar ki, onları hansısa partiya, hansısa məzhəb deyil, yalnız Vətən və Millət maraqlandırır!!!

ZİYALI PROBLEMİ -II YAZI

XIX əsrin II yarısında Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və başqaları tərəfindən yaradılan fikir məktəbi tezliklə bəhrəsini verdi. XX əsrin əvvəlləri Azərbaycana təmiz əqidəli, möhtəşəm insanları bəxş etdi. Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Üzeyir bəy Hacıbəyov, Cəfər Cabbarlı, Əhməd Cavad, Hüseyn Cavid və sairə... Saymaqla qurtarmazlar... Bunlar dahilər idilər..... Bunlar millətimizin ən Uca varlıqlarıdırlar!!! Onlar milli dövlətçilik üçün vuruşdular və ortaya bir ənənə qoydular. Onlar hər bir şeyi ustalıqla nəzərə almışdılar. Qanlarını da qorudular. Yalnız öz millətlərindən olan qadınlarla evlənmişdilər. Bu adi məsələ deyildi. Çünki onların övladları ancaq milli hisslərlə doğulacaqdı. Milli hiss genetik olur. Bu çox ciddi məsələdir. Bu gün bizim üzərimizdə aparılan təcrübələr genlərimiz qarşı yönəlmiş və bu istiqamətdə olan lahiyələr də dəstəklənir. Millətin yaddaşını onun genini dəyişməklə tamamilə dəyişmək mümkündür. Onda həmin millət yalnız bambılı kimi oynayıb və güləcəkdir. Onu ancaq şoular maraqlandıracaqdır. Bu məsələ qardaş Türkiyədə artıq dövlət səviyyəsində həll edilir. Orada bunun qarşısını almaq üçün tarixi seriallar çəkilir və millətə təqdim olunur. Həmin seriallarda yazılan ssenarilər millətin tərbiyəsində əvəzsiz rol oynayır. Bizdə də səviyyəsiz "Bacanaqlar” və sairə kimi teleserillar təqdim edilir....Axı biz multikulturalizmə xidmət edirik. Sanki Türkiyədə multikulturalist dəyərlər yoxdur! 

XX əsrin əvvəllərində iqtidara gələn bolşeviklər ölkəni qana boyadılar. Düzdü, söz vermişdilər ki, nə var olduğu kimi saxlayacaqlar. Amma ziyalı təfəkküründən uzaq olan bu çoban-çoluqlar milli düşüncəli fikir babalarına divan tutdular. Azərbaycanın milli liderləri, fikir babaları ya sürügünə göndərildilər, ya da ki, güllələndilər. Kimlər qaldı? Sındırılanlar və yalataqlıq edib müstəqil dövlətə böhtan və şər atanlar!!! Bunların sayı getdikcə artdı. Artıq bir ənənəyə çevrildi. Bu gün onlardan qalma bir şüar vardır: ”Nə işinə, nə olur, qoy olsun! Sənə nə var?”. Yaxud düzətmə bir atalar sözü yaratdılar: "El üçün ağlayan kor olar”. Görün necə təhqiramiz atalar sözüdür. Onda böyük Nizami kordur, Füzuli kordur, Şah İsmayıl Xətayi kordur, Nadir Şah Əvşar kordur, Hüseyn Cavid kordur, M.Ə.Rəsulzadə kordur? 

Amma əslində yaşayan və görən də onlardır.... Bu ifadəni ortaya atanlar kordur!!! Çünki adlarını çəkdiyim insanlar tarix boyu yaşayacaqlar. Onların gözü Azərbaycandır!!! Onların gözü millətin sınmayan insanlarıdır!!! Onların gözü Vətən uğrunda canından keçənlər və onun ərazi bütövlüyü uğrunda döyüşə hazır olanlardır!!! Sovetlər dönəmində nə qədər desəniz özlərinə uyğun ziyalı yetişdirdilər. Onların sözünü deməyənlər, millətini müdafiə edənlər təqiblərə məriz qaldılar. Onları radio və televizyaya yaxın buraxmadılar. Amma onlar əqidələrindən dönmədilər. Onlarla birgə çalışan dostları, tələbələri onları satdılar. Lakin onları satanlara heç nə demədilər. Bax, ən böyük cəza da budur! Çünki həmin adamların övladları da onların satqın olduğunu bildilər. 

Sovet dövründə bolşeviklərin Azərbaycanda yetişdirdiyi ziyalıların hamısını Hüseyn Cavidin çölə atılan dırnağına dəyişmərik. Bu cür hallar davam edə-edə gəlib 1980-ci illərin sonuna çıxdıq! Mənim yaşıdlarım bilir ki, nə gündə çıxdıq!!! İdeologiyada ermənilərə uduzmuş şəkildə gəlib çıxdıq!!! Erməni ziyalıları milli qüvvənin yanında olduğu halda, bizim ziyalılar o zaman "Kommunist” qəzetində yazırdılar ki, "Azadlıq” meydanında toplaşanlar vətən xainləridirlər, orada toplaşanlar savadsız kütlə və alkaşlardırlar (Söhbət 1988-ci il noyabr mitinqlərindən gedir). 

Yadımızdadır, Ali məktəblərdə, dövlət idarələrində və müəssisələrində tələsik yığıncaqlar keçirir və "Azadlıq” meyadanına toplaşanları söydürürdülər!!! Erməni ziyalılar isə dünyada əməlli iş aparır və Daqlıq Qarabağ ərazisinin taleyini həll etməyə çalışırdılar. Ən dəhşətli hadisə isə həmin dövrdə "Sumqayıt” hadisələrində həbs edilən Bəxtiyar Əhmədovun güllənməsi idi. Təssüf ki, Azərbaycanda onu müdafiə edən 50 ziyalı tapılmadı. Yalnız meydandakı mitinq iştirakçıları onu müdafiə etdi. Onlara isə yaramaz və bandit damğasını bizim ziyalılar vurmuşdular. Ermənilər də bundan istifadə edib günahsız bir insanın üzərinə "Sumqayıt” hadisələrini qoyub güllələtdilər...Onun məhkəməsində iştirak etmiş qohumu mənə deyirdi ki, məhkəmə zalı ermənilərlə dolu idi. Hakim ölüm hökmü çıxarmaq istəmirdi. Ermənilər isə bütün gücünü işə salmışdılar. Sual olunur:  Görəsən, indi özünü "milli” göstərən ziyalılarımız o zaman harada idilər? Bunların çoxu o zaman vəzifədəydilər.....Yazıqlar olsun!!! O zaman bizim ziyalılar meydanda ucaldılan üçrəngli bayrağı söyür, tüpürür və Moskvanın buyruqlarına itaətkarlıqla əməl edirdilər! Vay, yazıq Vətən, Unudulmuş Vətən!!!

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az