«Martın 29-da Vyana şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə əldə olunmuş razılaşmanın inkişaf etdirilməsi qismində görüş iştirakçıları Azərbaycan-Ermənistan sərhədində və qoşuların təmas xəttindəki vəziyyəti, həm də humanitar sahədə qarşılıqlı fəaliyyətin qurulması məsələlərini müzakirə etdilər. Tənzimləmənin əsasını təşkil edən məsələlər barədə ətraflı fikir mübadiləsi oldu»– Ermənistan XİN-nin xəbərində belə deyilir.
Qeyd olunur ki, Ermənistan və Azərbaycan XİN-i Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində siyasi-diplomatik səylər göstərməyə hazır olduqlarını təsdiqləyiblər. Rusiya XİN başçısı Sergey Lavrov və ATƏT-n Minsk qrupunun həmsədrləri isə özlərinin bölgədə stabil sülhün bərqərar olmasına istiqamətlənmiş vasitəçilik missiyasını təsdiqləyiblər.
Beləliklə, son günlər Qarabağ münaqişəsinin nizamlanması ətrafında cərəyan edən proseslər göstərir ki, 1994-cü ildən üzübəri Ermənistanın «üç dostu» tərəfidən həyata keçirilən «danışıqlar» Azərbaycanı Ermənistan-Rusiya silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ bölgəsindən 25 il məqsədli şəkildə «uzaqlaşdırıb». İndi isə bu «üçlüyə» daha birisi – milliyyətcə erməni olan Sergey Lavrov (Rusiyaın XİN naziri) qoşulub.
Belədə, düşünməli olursan: Üç «erməni dostu» və bir ermənidən ibarət «vasitəçilər qrupu» görəsən, danışıqları daha neçə il imtiasiya edəcəklər?!
Ümumiyyətlə, «vasitəçi»lərdən imtina etməyin və «Qordi düyünü»nü bir zərbə ilə parçalamağın vaxtı çatmayıbmı?
Axı, zaman işğalçıya işləyir…
Mirzə AĞ
AzPolitika.info