10 gün sonra evlənəcəkdi - Terror qurbanı oldu
Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən terror nəticəsində həyatını itirənlərdən 27-sinin şəxsiyyəti müəyyən edilib.
Terror qurbanı olanlardan biri də Yusif Haznedaroğludur. Məlumata görə, Y.Haznedaroğlunun 10 gün sonra toyu olacaqmış.
Bu barədə Tibbi Ekspertiza Mərkəzinin önündə Yusifin cəsədini təhvil almaq üçün gözləyən qayınanası onun hava limanında işlədiyini bildirib./aznews.az/
"Əvvəlcə ağır yaralı olaraq gətirmişdilər. Vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb. İş saatı bitibmiş, o da qapının qarşısında xidməti avtobusu gözləyirmiş. İş saatı bitməsəydi nə ona, nə dostlarına bir şey olardı”, - deyə mərhumun qayınanası bildirib.
Miq.az