10 soydaşımızdan MƏLUMAT YOXDUR- Naməlum istiqamətə aparıb

10 soydaşımızdan MƏLUMAT YOXDUR-  Naməlum istiqamətə aparıb

24 aprel 2019 tarixində Tehranda keçirilən sözdə erməni soyqırımın anım yürüyünə etiraz etdikləri üçün Azərbaycanın Güneyindən olan ən az 10 soydaşımız İran polisi tərəfindən tutulublar. 
Əldə edilən məlumata görə Tehranda "Müqəddəs Serkis Kilisəsi”ndə toplaşan ermənilər yalan soyqırım iddialarını təkralayıb, Azərbaycan və Türtkiyə əleyhdarı şüarlar səsləndiriblər. İran polisi isə onlara qoruma təmin edib.

Tutulanların bəzilərinin adları belədir:
Əli Novin 
Riza Nəziri 
Əfşin Nəziri 
Aydın Hacızadə
Ruhullah Heydəri

Şahidlərin dediyinə görə İran polisi bu soydaşlarımızı döyərək nəzarət altına alıb və bilinməyən istiqamətə aparıb. İndiyədək bu soydaşlarımızdan xəbər alına bilinməyib.




Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az