10 yaşlı Nurayı ağladan icra məmuru DANIŞDI

10 yaşlı Nurayı ağladan icra məmuru DANIŞDI
Quba Rayon Məhkəməsində baş vermiş hadisənin iştirakçılarından biri-məhkəmə icraçısı Ümid Məsimov Ölkə.Az-a danışıb.

Məsimov əməkdaşımızla söhbətində bildirib ki, Nuraya qarşı heç bir kobudluq edilməyib:

"Biz məcburi icra orqanıyıq. Ali Məhkəmənin qərarı var. Bu barədə Ədliyyə Nazirliyinin açıqlaması olacaq. Biz məhkəmə qərarını icra etmişik. Məcburi icr orqanı olduğumuzdan orada kobudluğun olduğun demək olmaz".

Qeyd edək ki, 10 yaşlı Nurayın xalası Mehribandan alınaraq atası əvəz Bayramova verilməsi mətbuatda və sosial mediada müzakirəyə səbəb olub. Əksəriyyət məhkəmə icraçılarını azyaşlıya qarşı kobud davranmaqda ittiham edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az