Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, yəhudi əsilli alman vətəndaşı xanım İnqeborq Rapoport 77 ildən sonra mayın 7-də Hamburq Universitetində 102 yaşında doktorluq dissertasiyasını müdafiə edib.
İnqeborq Rapoport Adolf Hitler hakimiyyətə gəldikdən beş il sonra - 1938-ci ildə 25 yaşında ikən difteriya xəstəliyi və onunla mübarizə mövzusunda hazırladığı elmi işini müdafiə şurasına təqdim etsə də, anası yəhudi olduğundan onu müdafiəyə buraxmayıblar. Buna həmin vaxtlar minlərlə müəllim və tələbə kimi onun da ali ari irqdən olmadığı səbəb göstərilib.
Yəhudilərə qarşı aparılan repressiyalardan ehtiyat edən ailə 1938-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb. Orada xəstəxanada tibb bacısı kimi çalışan İnqeborq 1950-ci ildə ailəsi ilə birlikdə Avropaya qayıtsa da, elmi işini müəyyən səbəblər üzündən müdafiə etməyə imkan tapmayıb. Yalnız 1938-ci ildən 77 il keçdikdən sonra dissertasiya üzərində işləyərək yeni versiyasını müdafiə şurasına təqdim edib. Əsər yüksək qiymətləndirilərək müdafiəyə buraxılıb.
Müdafiə şurası 102 yaşlı qadının elmi işinin tibbin mühüm sahəsinə həsr olunduğunu nəzərə alaraq ona doktorluq elmi dərəcəsinin verilməsini qərara alıb.
Doktorluq dissertasiyası diplomunun iyunun 9-da İnqeborq Rapoporta təqdim edilməsi ilə bağlı təntənəli tədbirin keçirilməsi qərara alınıb.
İnqeborq doktorluq elmi dərəcəsinə layiq görülən ən yaşlı qadın kimi Ginnessin rekordlar kitabına düşüb.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”