Avropa Şurası Parlament Assambleyasının 11 üzvü Azərbaycan prezidenti İlham Əliyevə açıq məktub göndəriblər.
Bu barədə “Qafqazinfo”ya hüquq müdafiəçisi Eynulla Fətullayev məlumat verib. Onun sözlərinə görə, məktubda ölkədə insan haqlarının durumu və vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı narahatlıqlar ifadə edilib. Məktubu olduğu kimi təqdim edirik:
Cənab Prezident Əliyev
Biz Siz Avropa Şurası Parlament Assambleyasının üzvləri kimi salamlayırıq. Sizə ölkənizdə insan hüquqlarının son durumu və azad sahibkarların mülkiyyətlərinin zorla özgəninkiləşdirilməsi, onların biznesinin ələ keçirilməsi haqqında son hesabatlardan narahat olduğumuz üçün yazırıq.
Korrupsiya və nepotizmə bulaşmış hökuməti özünün yeni məqaləsində tənqid edən Nida gənclər hərəkatının rəhbəri, bloqqer Zaur Qurbanlının hüquqi normaların pozulması ilə həyata keçirilən müəmmalı həbsi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası və onun protokollarında təsbit edilmiş fundamental insan hüquq və azadlıqlarını təmin edəcəyi və qoruyacağı haqda Avopa Şurası qarşısında götürdüyü öhdəliklərlə bir araya sığmır. Bu sadəcə Azərbaycanın götürdüyü öhdəliklərin icrası ətrafındakı situasiyanı daha da mürəkkəb etməklə Avropa Şurası və üzv dövlət arasındakı əməkdaşlığın keyfiyyətini zədələyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən qeydə alınmış və yayılmış Nurəddin və Loğman Zülfüqarlı qardaşlarına məxsus “Bakı Elektroştamp” və “Baki Poladtökmə” zavodlarının zorla özgəninkiləşdirilməsi məlumatları Azərbaycanda mülkiyyət hüququna dövlət təminatında ciddi problemlərin olduğunu göstərir. Əksinə, yerli və beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında göstərildiyi kimi bütütn bu qanunsuzluqlardan xəbərdar olan yüksək rütbəli hökumət rəsmiləri Zülfüqarlı qardaşlarına bunu sait qarşılamağı və etiraz etməməyi məsləhət görmüşlər və nəticədə qardaşaların ölkəni tərk etməkdən başqa yolları qalmamışdır. Hüquqi yolla onların hüquqlarının bərpsının uğursuzluğu ölkə daxilində hüquqi müdafiə vasitələrinin tükənməsi faktını aşkara çıxarır və bu da öz növbəsində qurbanları məsələni Avropa İnsan Haqları Məhkəməsinə götürməyə sövq edəcək.
Biz vəkil və hüquq müdafiəçiləri tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh hökümət qurumları tərəfindən heç bir addım atılmaması faktına təəssüf edirik. Bu isə öz növbəsində dövlət tərəfindən Azərbaycanda qanunun aliliyinin təmin edildiyi haqda bəyanatlara şübhə salır. Zülfüqarlı qardaşlarının mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Nərimanov, Binəqədi, Yasamal, Xətai rayon, 1 saylı Bakı İnzibati-İqtisadi, eləcə də yuxarı instansiya məhkəmələrinə ardıcıl müraciətlər də nəticəsiz qalmışdır.
Ən təəssüfləndirici fakt isə bütün bu qanunsuzluqların bir müddət əvvəl Zülfüqarlı qardaşlarının mülkiyyətinə hücumlarla müşayiət edilərək davam etdirilməsi və onların biznesinin tamamilə zəbt edilməsilə nəticələnməsidir.
Hörmətli Prezident,
Sosial sabitliyin və bazar iqtisadiyyatının əsasını mülkiyyətin toxunulmazlığı təşkil etdiyi üçün Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq mülkiyyəti toxunulmaz elan etməklə bərabər, mülkiyyətin dövlət tərəfindən müdafiə olunmasına da təminat verir. Azərbaycanda azad sahibkarlara qarşı basqı ölkədə sərmayə mühitinə ciddi risk altına qıyur.
Azərbaycan Avropa Şurasının üzv ölkəsi kimi İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasına qoşulmuşdur və fundamental insan hüquq və azadlıqlarını təmin etmək barəsində üzərinə öhdəlik götürmüşdür. Zülfüqarlı qardaşlarının işində Avropa Konvensiyasının “Azadlıq və təhlükəsizlik hüququ” (maddə 5), “İşgəncənin qadağan edilməsi” (maddə 3), “Ədalətli mühakimə hüququ” (maddə 6), “Səmərəli hüquqi müdafiə vasitəsi hüququ” (maddə 13), habelə Fundamental hüquq və azadlıqların müdafiəsi üzrə Konvensiyanın Fakültativ Protokolunun (Paris, 20.03.1952) “Mülkiyyəti qorumaq hüququ” (maddə 1), Konvensiyanın 7 saylı protokolu (Strasburq, 22.11.1984), “Yanlış cəzaya görə kompensasiya” (maddə 3) tələbləri də ciddi şəkildə pozulmuşdur.
Gənc fəal Zaur Qurbanlının saxlanması və həbsi yaxınlarına bu barədə məlumat verilməməsi, yerli hüquq müdafiə təşkilatlarının verdiyi məlumata görə həmkarları əleyhinə ifadə verməyə məcbur edilməsi kimi hüquqi prosedurların pozulması ilə müşayiət edilmişdir. Bu əsaslı ehtimallar Azərbaycanın fundamental insan hüquq və azadlıqlarının təmini sahəsində irəliləyiş əldə etməsi haqda düşünməyə əsas vermir.
Azərbaycanı qabaqcıl demokratiya və insan hüquq və azadlıqlarına artan hörmət bəsləyən bir xəttdə görmək istəyən eyni Avropa ailəsinin üzvləri kimi Sizi Zülfüqarlı qardaşları və onların mülkiyyətinə qarşı qanunsuz əməllər törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi və sahibkarların fəlaiyyətinin bərpası üçün mümkün addımları atmaqda dəstəkləyirik.
Biz eyni zamanda böyük hörmətlə Sizi Zülfüqarlı qardaşlarının yuxarıda qeyd edilmiş və milli və beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş hüquqlarını təmin etməyə səsləyirik.
Biz həmçinin Azərbaycan hakimiyyətini siyasi motivlərlə gənc və siyasi fəallara qarşı təqiblərə son qoymağa və Azərbaycanın Avropa Şurası qarşısında götürmüş olduğu öhdəliklərin yerinə yetirlməsində irəliləyiş etməyə çağırırıq.
Hörmətlə,
1. Prof. Stefan Schennach - Avstriya parlamentinin (Bundesrat) yuxarı palatasının üzvü, Sosial Democrat Qrupu (SPÖ), AŞ PA Sosialist siyasi qrupunun üzvü, AŞ PA Monitorinq Komitəsinin üzvü, Sosial və İqtisadi hüquqlar üzrə Alt-Komitənin sədr müavini
2. Prof. Dr. Hans Franken – Senator, Eerste Kamer der Staten-Generaal, Niderland krallığının Avropa Şurası Parlament assambleyasındakı nümayəndə heyyətinin rəhbəri, Xristian democrat (CDA) partiyasının üzvü, AŞ PA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsinin üzvü, Avropa Xalq Partiyası siyasi qrupunun üzvü
3. Scott Simms – Kanada parlamentinin Nümayəndələr Palatasının üzvü
4. Eric Voruz – İsveçrə parlamentinin üzvü, AŞ PA-nın Miqrasiya, Qaçqın və məcburi köçkünlər komitəsinin üzvü, İsveçrə Sosialist partiyasının üzvü
5. Paolo Giaretta – İtaliya parlamentinin Senatoru, Demokrat Partiyasının üzvü, Avropa Liberallar və Demokratlar Alyansı siyasi qrupunun üzvü, İtaliyanın AŞ PA-dakı nümayəndə heyyətinin katibi
6. Renato Farina – İtaliya parlamentinin üzvü, AŞ PA-nin Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin, İnsan Hüquqları üzrə Alt-Komitənin üzvü, Avropa Xalq Partiyası siyası qrupunun üzvü
7. John Paul Phelan – İrlandiya Fine Gael partiyasının üzvü, Avropa Xalq Partiyası siyasi qrupunun üzvü
8. Jonas Gunnarsson - İsveç parlamentinin (Riksdag) Social Democrat Partiyasından olan üzvü, AŞ PA-nın Bərabərlik və Qeyri-diskriminasiya Komitəsinin, İnsan Hüquqları və Rasizm və Ksenofobiya Alt-komitələrinin üzvü
9. Tiny Kox – Avropa Şurası Parlament Assambleyasının Vitse-Prezidenti, Niderland Senatının Sosial Partiyasından üzvü, Birləşmiş Avropa Sol Qrupunun sədri
10. Carina Ohlsson – İsveç parlamentinin Sosial Demokrat Partiyasından üzvü, AŞ PA Sosialist Qrupunun üzvü, Sosial və İqtisadi Hüquqlar Alt-komitəsinin sədri
11. Nikolaj Villumsen – Danimarka parlamentinin Qımızı-Yaşıl Alyansından üzvü, AŞ PA-nın Birləşmiş Sol siyasi qrupunun üzvü, AŞ PA-nın Monitorinq Komitəsinin üzvü