Şəmkirin Dəllər qəsəbəsində iki əsrin yadigarı yaşayır. Ömrünün 117-ci baharını yaşayan ağbirçək Yasəmən nənə özünü yenə də gümrah hiss etdiyini deyir.
Üzündəki qırışlar sanki onun həyatda gərgin əməklə məşğul olduğunu göstərir. İş insanın cövhəridir misalını elə Yasəmən nənəyə aid etmək olar. Özünün də dediyi kimi belə uzun ömürlü olmasının səbəbi də daim işlə məşğul olmasıdır. Bu gün ağbirçək yenə də öz əlinin zəhməti ilə dolanır. Bir kimsənin köməyi olmadan yaşamaq, öz ev işlərini görmək onun həyat şüarıdır. Su gətirir, yemək bişirir, yaşadığı evi təmizləyir, toyuq cücəsini yemləyir.
Cavan yaşlarında öz həmyaşıdları kimi, təsərüffatda işləyən Yasəmən nənə bu gün də öz yaşayışından narazı deyil. 3 övladı, 8 nəvəsi, 35 nəticəsi, 18 kötücəsi olan Yasəmən nənə öz doğma evinə el- obasına, qohum əqrabasına bağlı insandır. Doğmaları daimi nənəyə baş çəkir onun əhvalı ilə maraqlanır. Yasəmən nənə öz qonşularından da çox razılıq edir. Bu ahıl yaşında onun bircə arzusu var. O da erməni tapdağında qalan torpaqlarımızın tezliklə işğaldan azad olmasıdır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?