18 yaşlı fələstinli qadın güllələndi

18 yaşlı fələstinli qadın güllələndi

Ötən gün sərhəddə İsrail hərbiçiləri tərəfindən açılan atəş zamanı ağır yaralanan Fələstindən olan 18 yaşlı Hedil Heşlemun adlı qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Vətəninfo.az xəbər verir ki, Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İsrailin Müdafiə Nazirliyi də sözügedən hadisə ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Fələstindən olan bir nəfər gənc qadın İsrail ordusunun əsgərinə bıçaqla qəfil hücum edib. Bu zaman İsrail əsgərləri həmin qadına silahla atəş açıblar.

Fələstinli şahidlər isə İsrail tərəfinin iddialarının yalan olduğunu bəyan ediblər. Bildirilir ki, ölən fələstinli qadın heç kəsə hücum etməyib, sadəcə olaraq İsrail əsgərləri həmin qadından çantasını yoxlamaq üçün açılmasını tələb ediblər. Qadın da çantasını açan zaman İsrail əsgərləri ona atəş açıblar.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az